Ermənistan və İraqın hərb idarələri martın 25-də müdafiə sferasında əməkdaşlıq niyyətləri barədə saziş imzalayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.
İraqın müdafiə naziri Cuma İnad Saadun əl-Cəburi martın 24-də rəsmi səfərlə İrəvana gəlib. Bundan əvvəl, cümə axşamı o, erməni həmkarı Vaqarşaq Arutyunyanla danışıq aparıb. Tərərəflər Ermənistan və İraq arasında hərbi əməkdaşlığın perspektivlərini, təcrübə mübadiləsi imkanlarını və maraq doğuran digər məsələləri müzakirə ediblər. Həm də Cənubi Qafqazda və Yaxın Şərq bölgəsində təhlükəsizlik problemləri müzakirə olunub. Arutyunyan ötən payız Qarabağ bölgəsində getmiş döyüş əməliyyatlarından sonra yaranmış situasiyanı və atəşin dayandırılmasından sonra üçtərəfli sazişə əməl olunmasının gedişi barədə vəziyyəti əl-Cəburinin nəzərinə çatdırıb. Görüşün nəticələrinə əsasən, nazirlər müdafiə sahəsində əməkdaşlıq niyyətləri barədə saziş imzalayıblar.

«Sənəd 13 sahə üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur» - Ermənistan Müdafiə Nazirliyinin xəbərində deyilir, amma təfərrüata varılmr.
Daha «maraqlısı» isə bundan sonra baş verib. Belə ki, müdafiə nazirinin başçılıq etdiyi İraq nümayəndə heyəti «Sisernakaberd» memorial kompleksini («erməni genosidi» qurbanları abidəsi) «ziyarət edib».
Xatırladaq ki, ötən payız Azərbayanın apardığı Vətən müharibəsi (44 günlük) ərəfəsində və müharibənin kedişində bəzi islam ölkələri (İran, İordaniya) düşmən Ermənistana silah göndərməklə məşğul olmuşdu - bu, islam qardaşlığından kənar çox iyrənc xəyanət idi. İndi isə həmin xəyanət «serialı»nı İraq ərəbləri davam etdirir.
Mirzə AĞ
AzPolitika.info

Şərhlər
Araz müellim hadise Bağdadda olub ve bu tarixi faktdır Bağdad da İraq erazisi ve paytaqdır.
Bu PKK -çıdır.Sir-sifətdən qıllılardandır.
“Islam qardaşlığı”? “Xristyan qardaşlığı”? “Etnik qardaşlıq”? Bunlar daha çox emosiyalar aləminə aiddir və bəlkə də kimlərdəsə hansısa hisslərin tellərini oyadır. Dövlətlər səviyyəsində yoxdur belə şey müasir dünyada. Dövlət və qrup maraqları var. Misallar ürəyiniz istəyən qədər. Elə məqalə də bunu təsdiq edir. Bir şərhlə əlaqədar: Teymurləng hara, rus, ingilis, fransız hara, 300 milyon ərəb hara.. . 14 əsrdə. Birdə: ərəblər də türk, fars, rus, erməni, gürcü kimi müxtəlif olurlar. Burada nə oyunlardan çıxıblar, deyirsiz? Nə eləyiblər ki? Pul səpələyiblər. Bizimkilərin (pula) ehtiraslı tələbləri, təkliflə qarşılayıblar. Bəziləri də “islam qardaşlığı” ölkəsini görmək istəyib. Gördülər, və hələ çəkib göstərdilərdə burada baş alan “nə oyunları”. “Burada”. Əsası budur, və gəlin özümüzdə axtaraq. Yeni nifaq və nifrət yaratmağa nə ehtiyac .
Eli müəllim aktual məsələlərdən yazırsınız amma və lakin çox ciddi xətalara yol verirsiniz.Birincisi Əmir Timurun zamanında İraq adlı dövlət yox idi,rəsmən İraq 20 ci əsrdə yaradılıb.İkincisi isə özünü müsəlman sayanlara, digər müsəlmanların canı,qanı və əmlakı haramdır.Əmir Timura nisbət edilən vəhşiliklərin coxu İslam düşmənlərinin bilərəkdən uydurduğu nağıllardır.
Vətənimizin ağır günlərində bizim yanımızda olan Türkiyənin, Pakistanın, İsrailin və digər dövlətlərin dostluq və qardaşlıq dəstəyini hər zaman xatırlayacağıq. Azərbaycan xalqı dostlarını çox yaxşı tanıyır.
Uduzmuş dövlətlər alyansı yaradırlar
Hele bizim ,,,, ereblerden pul alib , buraxirlar ov etmeye , nadir qushlari ovlayir erebler !!! pula her sheylerin satir bezi memurlarimiz , Hara baxir hôkumet ??!!! Hara ????Her shey pula satilmaz axi ,,,,Bilirsiz axi bu erebler Bakida ne oyunnardan cixirdilar ))) Muharibede ayiltmadi bizi Bezileri helede qeyrete qelmirler !!!
Bizde hamsina pul paylayiriq )))) Ayilmaq lazim !!!
Ve inandırım Sizi Qarabağ müharibesinde ermeniler terefinden vuruşan bize qarşı vuruşan muzdluların ekseriyyeti eren ölkelerinden olan müselman ve xristianlar olub belke ele iİrandan olanlar da olub.
Emir Teymurdan soruşublar ki Sen İslam dininin dayağı qoruyucusu olmusan,bes ne üçun İraqda müselman kellelerinden qala yapdın.Cavab verib deyir ki men sehv etmişem gerek o ereblerin kökünü keserdim.Soruşurlar :sebeb.Deyir 300 million ereb neçe yüz illerdir ki 5-3 million rusun,ingilisin,fransızın elinde inleyib onların dersini vere bilmirler çünkü qeyretleri yoxdur biqeyretfirler.İndi özünüz analiz edin görün neçe esr bundan qabaq deyilmiş dahiyane fikirdir ve bu hünedek heç ne deyişilmeyib hamısı İraqın günündedir .Ona göre onlardan o cümleden İrandan heç me gözlemeyin ve terccüblenmeyin.
Bes ne gozleyirdiniz? Yeqin ki, novbeti Suriya olar