"Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq". Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev "Facebook" hesabında yazıb.
Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini yazıb: "Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur".
"Ən yaxşısı yoluxmamaqdır" deyən həkim bildirib ki, bunun üçün fiziki məsafə saxlamaq mütləqdir:
"Açıq havada ən azı 1 metr, qapalı məkanlarda isə 1,5 metr. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda... Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək".
Aydın Əliyev onu da bildirib ki, peyvənd edilənlər arxayın olmasınlar: "Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbəgün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə, qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək".

Şərhlər
Cammata pul verin normal qudalansın,müalicə götürə bilsin. Milyardları talamaq yox Xalqa vermək lazımdır.
Çox məntiqsiz bir ifadə .peyvənd olunanlar arxayın olmasınlar.onda sual olunur sizin kimi dırnaq arası həkimlərə 5-6 ildən sonra fəsadları bəlli olmayan vaksini insanlara nə səbəbə görə vururlar.
Tanınmış həkimlər getdikcə daha çox fərqli danışırlar,Aydın həkim əvvəllər başqa cür çıxış edirdi...
Həkimlərimizin çoban sayağı əhalini sms icazə qadağası və s. təqib etməsi ,onu göstərir ki,bizdə kovidlə bağlı müalicəni bilən yoxdur.Ev həbsini fatmanisə arvad da bilir.Siz,gəlin virusa yoluxmanın qarşısını alan tibbi tədbirlərdən danışın!Yaxud,Milli Məclisin deputatı Musa Quliyevi götürək.Bu adamın metronun "Əcəmi" stansiyası yaxınlığında açdığı özəl klinikada hələ sağaslan adam olmayıb.Təəssüf edirəm ki,kovidlə əlaqədar çıxış edən həkimlərimizin əksəriyyəti tibdə özünü təsdiq edə bilməyənlərdir.Səbirli olmaqdan başqa çarəmiz yoxdur.
Bunlar nə demək istəyirlər, Bunların dediyindən belə çıxır ki heç kim vaksin vurdurması, onsuz da xəstəliyə yoluxacaq,həm də ağır. Başım çıxmır nəyə görə insanlar bu qədər nala mıxa vururlar
Peyvend arxainlig vermirse onda lazim deyil ele peyvend!
aydin malim ictimai neqliyyatdan yeqin xeberiniz yoxdur,nece oldu ramiz mehdiyef kimiler toy eder,virusu yayer,bu hakimiyyete,,, amma onlara bir wey olmeyer,hiyyy.naqillar hakimiyyetinde caliwersiniz