SÜLHMƏRAMLILARDAN NÖVBƏTİ ANTİ-AZƏRBAYCAN QƏRARI... - Terrorçu rejimin kriminal ünsürlərilə birgə hərəkət edəcəklər!

Cəbrayıldakı qondarma kirsə hay-küyünün ardınca ermənilər növbəti şouya start veriblər. Ermənistanın media orqanları davamlı şəkildə Rusiya sülhməramlılarının təsir dairəsində olan ərazisində guya baş vermiş hadisəni tirajlayırlar.

Musavat.com-un məlumatına görə, ermənilər iddia edirlər ki, Əsgəran rayonu ərazisində “azərbaycan hərbçi” erməni sakinlərin avtomobillərini “daş atəşi”nə tutub. Azərbaycan ərazilərində hoqqabazlıqla məşğul olan erməni terrorçuları rəsmi Bakını üçtərəfli razılaşmanı “pozmaqda” ittiham edir.

İddia olunur ki, guya martın 25-də Rusiya sülhməramlılarının müşayiətilə Saruşen (Xocalı rayonunun Dağyurd kəndi-M.) kəndi ilə Əsgəranın “Karmir Qyux” kəndi arasındakı yoldan keçən Azərbaycan kolonundan Qarabağ sakini Lentruş Babayana məxsus VAZ 21-07 avtomobilə “daş atılıb”. Terrorçu rejimin oyuncaq “daxili işlər naziri” Karen Sarkisyanın sülhməramlı kontingentin komandanı Rustam Muradova müraciət etdiyi bildirilir.

Eyni vaxtda Rusiya sülhməramlılarının ermənilərə meydan verən qərarı təbii ki, təsadüfi deyil. 26 martda yayılan məlumata görə, “Artsax Respublikası”nın daxili təhlükəsizliyi səbəbindən rus və erməni əməkdaşlardan ibarət əməliyyat və xilasetmə qrupu dövlət fövqəladə hallar xidmətinin Lisaqor ( Şuşa rayonunun Turşsu kəndi) bazasında birgə növbətçilk xidməti aparacaq. Bildirilir ki, sülhməramlılarla erməni separatçıları arasındakı “əməkdaşlıq çərçivəsində” 3 işçi qrupunun yaradılması qərara alınıb. 

Sabahdan, yəni martın 27-dən etibarən erməni-rus tərəfdaşlarından ibarət bir istehkamçı qrupu Yuxarı Qarabağ ərazisində həm qəsəbələrdə, həm də vadilər, tarlalar və meşə zolaqları boyunca əhalinin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün mühəndis tədqiqatları aparacaq.

“Azərbaycanlıların daş atması” şou-xəbərinin ardınca sülhməramlıların anti-Azərbaycan qərarı! Belə görünür ki, Xankəndidəki bütün ssenarilər əslində “rus dilində” yazılır və sadəcə burada səhnələşdirilməsi üçün erməni terrorçularına təqdim olunur.

635x100

Şərhlər

Roma 2021-03-29 08:18:51

Eldəniz adımilə şərh yazana: Sizinlə 100/100-ə razı, digər şərhçilər nalnan mıxa döyəcləyir, siz mənim ürəyimdən keçənləri yazmısınız...

Veteran 2021-03-27 23:20:12

Rus-erməni terorçuları nə edirlərsə lap əcəb edirlər. Özlərini ağıllı,güclü sayanlar qarşısını alsınlar.Kimi gözləyirlər?

Mubariz 2021-03-27 23:08:57

Dirnaq arssi bu sulh goyercinleri adindan gorunduyu kimi dulh yarstmalı.sulh yarstmaq ucun torpaqlsrmizdan olan ermeni silahlı destelerini hemen cıxartmalıdir. Bu teleb birge beyanstda öz ekdini tspmişdir..Rus goyrrcinleti buna emel etmeselet omlarindan bixim torpaqlsrdan cixmadi buteleb bige beyanatdada oz eksini tapmışdir.Bu teleb icra olunmaa rus sulh goyetcinletinin bizim torpaqlatda n derhal cixarilmadi mesrlesi teleb olunmalı.

Oxucu 2021-03-27 17:13:20

Az nala-mıxa vurun! Cah rus işğalçılarının qanunsuz əməllərindən yazırsız, gah da bu işğalçıların hərəkətlərini malalayanların mənasız intervyülərini tirajlayırsınız! Bir sifətiniz yoxdur!

Raulaz 2021-03-27 16:13:12

Günah ermənilərdə deyil,rus qoşunlarını Azərbaycana çağıranlardadır

TARIX 2021-03-27 10:59:34

AZƏRBYCANIN ATALAR SÖZÜ-QARI DÜŞMƏNDƏN DOST OLMAZ.

.EJDER 2021-03-27 10:56:06

CAR PUTIN KIMI SATMAYIF,AYE,BIZIM DUWMENIMIZ KIMDIR,HIYYY.BUNU AZEBIJANDA BALACA UWAQDA BILIR

Eldəniz 2021-03-27 08:40:03

Gəlin özümüzü aldatmayaq Allaha xatir deyirəm , bir nəfər barmağını qatlayıb desin ki, Rusiya imperiyası indiyənə kimi hansı ölkədə hansı vilayətdə sülh gətirib.. Heç vaxt heç zaman sülh gətirməyib. Ancaq fitnə fesad qan gətirib .Ermənilərdə artistlik etdiyi gün kimi aydındır.Rus gəlməsəydi biz özümüz bu meseleni yoluna qoyardiq.Rus ona görə Xankəndinin dən çıxmır ki Qafqaza nəzarət eləyə bilsin.Yoxsa onun çox umrunda deyilhansisa Karapet , Vartan necə yaşayır .Bunların bir fikri var işğal .....

turan 2021-03-27 08:37:17

Əqrəb öz xasiyyətindən heç vaxt əl çəkməz

Eko 2021-03-27 07:03:20

Hele bu harasidi ()))? Men anlaya bilmirem , xankendi kimindi ????

Kamil 2021-03-26 22:41:17

Erməniyə işıq verin qaz verin,pul verin,çörək verin,yenə düşmən qudurub düşəcək üstümüzə. Ancaq siz verin onlara

Xalq 2021-03-26 22:37:28

"sülhməramlılar" yəni rus ordusu rədd olun Qarabağdan! "sülh" oyunu sona çatdı, urus şələ-küləni götür bas-bayıra! RƏDD OL!

Son yazılar