Saytımız vasitəsilə yardım üçün müraciət edən ananın səsi eşidilib. Doğulandan dünya işığına həsrət qalan Xəlilova Günel Tural qızının ikinci gözünün də əməliyyatı üçün lazım olan vəsaitin çatışmayan hissəsini xeyirxah insanlardan biri öz üzərinə götürüb. Adının çəkilməsini istəməyən həmin şəxs lazım olan məbləği bu gün Günelin ailəsinə ödəyib.
"Bütün ailəmiz adından bu xeyirxah insana, eləcə də, bundan əvvəl ailəmizə yardım edənlərə sonsuz təşəkkürümü bildirirəm. Minnətdarlığımı ifadə etmək üçün inanın söz tapa bilmirəm. Qızımın gözlərinin açılması üçün yardımını əsirgəməyən bütün insanlara, eləcə də, buna vəsilə olan "AzPolitika.info" saytına öz təşəkkürümü bildirirəm" - deyə, körpə Günelin anası sevinc göz yaşları içərisində bildirdi.
***
Anadan olandan dünya işığına həsrət qalan Xəlilova Günel Tural qızının anası Qurban bayramı ərəfəsində ölkənin səlahiyyətli, imkanlı şəxslərinə və hər bir Azərbaycan vətəndaşına kömək üçün yenidən müraciət edib.
Qeyd edək ki, onun körpə qızının gözlərinə anadangəlmə buynuz qişası bulanması diaqnozu qoyulub. Körpənin görməsi üçün gözlərinə buynuz qişa transplantasiyası olmalıdır.
Bir gözün əməliyyat qiyməti 30.000 AZN-ə yüksəlib. Ailənin bu vəsaiti vermək inkanı olmadığından, ana imkanlı şəxslərdən və hər bir Azərbaycan vətəndaşından kömək istəyir.
Ananın birinci müraciətindən sonra xeyirxah insanlar körpə Günelin bir gözünün əməliyyat xərclərini ödəyiblər. Ancaq ikinci gözü əməliyyat olunmazsa, Günel bərpa olunan gözünü də itirə bilər.
"Bunun üçün xeyirxah insanların yardımına ehtiyacımız var. Qızımın bir gözü xeyirxah insanların köməyi nəticəsində bərba edilib. Bir ana olaraq xahiş edirəm, qızımın ikinci gözünün əməliyyat olunması üçün də bizə köməklik göstərəsiniz! Əməliyyat olunmazsa bərpa olunan gözü də itirə bilərik.
Əməliyyat qiyməti ailə büdcəmizə görə çox bahadır. Yalnız Sizlərin- xeyirxah insanların, imkanlı və yardımsevər iş adamlarının köməyi ilə körpə qızımın gözləri açıla bilər. İnanıram ki, Günel qızımın işıqlı dünyanı görməsi üçün yardımlarınızı əsirgəməyəcəksiz! Hər kəsə əvvəlcədən təşəkkürümü bildirirəm." -deyə, körpə Günelin ananın müraciətində bildirilir.
Əlaqə telefonu: 055 661 95 09
AZN hesan nömrəsi (E-manat və MilliÖn vasitəsilə):
KAPİTAL BANK
4169 7413 6798 9041





Şərhlər
Azpolitikanı sevirəm
Allah razı olsun qızımizi qaranlıqdan xilas edənlərdən.Xususile bu saytın rəhbərliyinə təşəkkür edirəm ki ovladimizin səsini xeyir sevərlərə çatdırdınız var olun səsimizi
Allah dünyanı yaratdı.Xeyrxah insanlar isə onu qorudu.
Xeyirsevər vətəndaşımızdan Allah razı olsun. Allah malına bərəkət versin.
Allah şəfa versin. 30000-i bir saniyədə mənasız, əxlaqsız, səviyyəsiz yerə xərcləyənlərə Rəbbim insaf versin. Vətəndaşlarımızın milyonlarla problemi var amma vecinə alan yoxdur. Əlbəttə ki, bunun hesabını bir gün heç şübhəsiz verəcəklər!
Olkenin sehiyyesini diriltmeye ehtiyac var.DOVLET niye vetemdasina sahib cixmir?
Korrupsionerler oxuyur azpoliyikani ?