Menu

PANDEMİYADA TOY: 31 nəfər 200 manatdan cərimələndi, toy sahibi həbs edildi! + VİDEO

29.03.2021, 10:18
PANDEMİYADA TOY: 31 nəfər 200 manatdan cərimələndi, toy sahibi həbs edildi! + VİDEO

28 mart tarixində Tovuz rayonunun İbrahim Hacılı kəndində gizli şəkildə toy edilib. İnsanlar karantin qaydalarına əməl etmədən, toyda sıx halda və maskasız oturaraq, yeyib -içiblər.

Videodan da göründüyü kimi, eyni masa arxasında 10 nəfərdən çox qonaq əyləşib.

Musavat.com xəbər verir ki, qaydalara zidd keçirilən toy mərasimi polis tərəfindən təsbit olunub və sərt tədbirlər görülüb. Toya qəfil gələn polislər durum təsbiti etmək, subutları toplamaq üçün hadisəni çəkəndə ilk öncə qonaqlar heç nə fərq etməyiblər. Polislərsə "Allah xoşbəxt eləsin", deyərək, çəkilişə davam ediblər...

Hesab edirik ki, dünyanın virusun pəncəsində qaldığı, hər gün minlərlə insanların öldüyü bir mühitdə bu cür məsuliyyətsiz davranmaq polisin müdaxiləsini haqlı çıxardır. Dünya, o cümlədən də Azərbaycan artıq əvvəlki kimi deyil və bunu qəbul edib, karantin qaydalarına uyğun şəkildə yaşamağa çalışmalıyıq.

Şərhlər

ruslan 2021-03-29 20:12:22

Əsl canilər çöldə gəzir,toy edəni həbs edirlər...

Vətəndaş 2021-03-29 15:06:19

rayonlarda əvvəldəN gedib rüşvət verirsənsə 50-100 nəfərlik yığıncaq etmək olur. rüşvət verməsən şüvənlik başlayır

Zanzibar 2021-03-29 12:34:41

Jamaat yashamalidir da, yoxsa ne fergi var ajindan olesen ya da vidursdan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol