“ABRAMYANIN BACISI BAKIDA ƏRDƏDİR...” - "Deyib ki, kürəkənim nazirdir..."
“Ara Abramyan milyarder olsa da, zənnimcə, onun Ermənistandakı seçkilərdə elə bir şansı yoxdur”.
"AzPolitika" xəbər verir ki, bu fikri sabiq deputat, politoloq Cümşüd Nuriyev "Moderator.az"-a açıqlamasında bugünlərdə Ermənistanda iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etmiş Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın şansları barədə danışarkən ifadə edib.
Söhbətinin davamında politoloq tanınmış erməni iş adamının seçkilərdə üstünlük qazanmaq şansının olmamasını belə əsaslandırıb: “Çünki, əvvəla, o, siyasətçi yox, alverçidir. İkincisi, Ermənistan cəmiyyəti onu qəbul eləmir, ölkədə elə bir bir nüfuzu yoxdur. Üçüncüsü də, Qərb də onu dəstəkləməz. Çünki hamı bilir ki, o, Putinin adamıdır. Üstəlik, bildiyimə görə, ABŞ-ın sanksiya qoyduğu Rusiya iş adamlarının arasında Ara Abramyanın da adı var...”
“Ara Abramyanın Ermənistandakı siyasi karyerasına mane ola biləcək bir məsələni də xatırladım... Yadınıza salım ki, bu erməni milyarderin bacısı Bakıda ərdədir. Bir neçə il öncə adı dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinə xəyanət edən iş adamı kimi geniş hallanmış “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun arvadı Ara Abramyanın bacısıdır. O vaxt Ara özü demişdi ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Erməni milyarder öz kürəkənindən xeyli razılıq edərək əlavə etmişdi ki, yeznəsi Bakıda nazirdir. Soruşublar ki, yeznəniz hansı sahəyə rəhbərlik edir, Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir... Düzdü, sonradan həmin Əbülfəzi uzaqlaşdırdılar. Amma yəqin, Azərbaycanla belə yaxınlığı olan adamı Ermənistanda siyasətə yaxın buraxmazlar...” – Cümşüd Nuriyev belə deyib.
Şərhlər
Poladı hələ də qamçılayırlar ki, niyə səfil yerini Aboszada vermədin? Aranın bacısını da təcili VİTSE təyin etmək gərək? Mütləq çəkicə, siyasicə də çox ağır olar!
Az qalıb
Camast bilsin ki,C.Nuriyev proqnoz verirse onun180% əksi olacaq.Ne ise bir iş almaq ucun qeyri-adi intervu verir.Ne olar onu verin Siyavus Novruzovun yerine.Bunun isi seherden-axsamadek bos-bos danismaqdi.Araya alverci deyir,unudub ki ozu mohtekir olub.Gomruk Naziri muavini olub.Demeli qulagin dibinedek rusvet var.Ozude 3 prezidentin vaxtinda isleyib.k
Bu ebulfez millete qan uddurub ( pulumuzuda ,, ,,, ne qundesen xalqim menim ?
Erməni biznesmenləri Ermənistandan dəfələrlə çox Azərbaycandan qazanıblar. Qazpromun qaz enerjisi ixracatından hər il bizim ixrac qazımızdan çox qazanc əldə edirlər və edəcəklər də!?
aye bu nazirlerin coxusunun ermeni dusya ile qohumluqu var
Hansı nazirin ,,,,,,Moskva Azərbaycanı milli idarəçilikdən uzaqda saxlamaq üçün bu gün də Azərbaycandakı nazir və digər məmurları ermənilərlə bulaşıqlardan təyin etdirir.
Vəzifədəkilərin çoxunun damarlarından düşmən qanı axır