Menu

Azərbaycana 200 min dozadan çox “Pfizer-BioNTech” vaksini ayrılacaq

30.03.2021, 21:22
Azərbaycana 200 min dozadan çox “Pfizer-BioNTech” vaksini ayrılacaq

"8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq".

"Report" xəbər verir ki, bunu GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs deyib.

Onun sözlərinə görə, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.

Şərhlər

Bəhram 2021-03-31 10:43:14

Mən anlamadım Azərbaycana ayrılacaq nədir? Niyə, SN, Təbib institutları ÜST ilə ən tövsiyəli VAKSİNin daha mükəmməl texnolojisi üzrə neft fondunun sərmayəsi ilə qədim Gəncədə istehsal edib, dünyaya paylamır ki? Təxirə salmadan LİSENZİYA alıb, beş-on xarici mütəxəssis də cəlb etməklə işə girişmək gərəkdir! Günün təcili tələbatı və zəruri TƏKLİFİ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol