Menu

"Tərxis olunan qazilər bu xəstəxanalara müraciət edə bilərlər" - Müdafiə Nazirliyinin İdarə rəisi

03.04.2021, 17:00
"Tərxis olunan qazilər bu  xəstəxanalara müraciət edə bilərlər" - Müdafiə Nazirliyinin İdarə rəisi

“Ordudan tərxis olunmayan hərbi qulluqçular istənilən vaxt Müdafiə Nazirliyinin müalicə müssisələrinə müraciət edə bilərlər. Onların müraciəti ilə bağlı heç bir problem yoxdur”.

“Report” xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

O bildirib ki, ordudan tərxis olunan şəxslər Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində olan xəstəxanalara müraciət edə bilərlər: “Həmin şəxslər bizə müraciət edəndə onları hansı yerlərdə müalicə olunmaq lazımdırsa, ora yönləndiririk. İndi qazilərimizə respublikada həddindən artıq hörmət var”.

”Ehtiyatda olanlar, yəni 20 il xidmətdə olan zabit, gizir və onların ailə üzvləri bizim təminatımızdadırlar” - deyə, polkovnik Firudin Nəbiyev bildirib.

“Hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri xərcləri ödəməklə bizim təminatımızdadırlar. Bəzən tərxis qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunsunlar. Bunu biz də istəyirik. Amma Azərbaycanın qanunlarına görə, biz onların müalicəsini təşkil edə bilmirik” -deyə, qeyd edib.

Firudin Nəbiyev sonra bildirib: "Vətən müharibəsində bütün qoşun növləri kimi, Silahlı Qüvvələrin Tibb xidməti və Müdafiə Nazirliyinin bütün həkim heyəti hərbi qulluqçularımızın, hərbi hissələrimizin qoşunlarımızın tibbi təminatını təşkil eləmək üçün səfərbər olundu. 44 günlük müharibədə çoxlu şəhid və yaralılarımız oldu".

"Yaralılarımızın da tezliklə sağalması üçün əlimizdən gələni edirik", - o əlavə edib.

Şərhlər

t.ədalət 2021-04-04 00:54:40

Görəsən,müharibənin vurduğu zədə nəticəsində xidmətini davam etdirə bilməyən zabitlərin taleyi necə olacaq?Azərbaycan ordusunda bir gün xidmət etməyən,rus ordusunda xidmət edərək gələnlərə hospitallarda müalicə təşkil olunduğu halda,həyatını Azərbaycan torpağı uğrunda xəstəliklərə qurban verən Vətən zabitlərinin günahı nədir ki,ona rus ordusunun tərxis olunan zabitləri qədər qiymət verilmir?Biz nə vaxta kimi ölkəmizin qürurunu Rusiyanın ayaqları altına sərəsiyik?

.EJDER 2021-04-03 22:20:17

YALAN DANIWANIN ATABATASINA LEHNET

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol