Menu

“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov

04.04.2021, 14:01
“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov

“Azərbaycana koronavirus əleyhinə vaksinlərin gətirilməsi işi mərhələli şəkildə davam edir. Bu yaxınlarda Çindən daha 150 min doza yeni vaksin gətiriləcək”.

“Report” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov COVAX platforması çərçivəsində ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılanma mərasimində deyib.

Nazir müavini qeyd edib ki, bu gün ölkədə pandemiya ilə bağlı epidemioloji vəziyyəti idarəolunan səviyyədə saxlamaq mümkün olur: “Təbii ki, virusdan qorunmağın ən effektiv üsulu peyvənd olunmaqdır. Əhali nə qədər tez peyvənd olunsa, bu zaman kollektiv immunitet yaratmaqla bəladan müəyyən qədər xilas olunacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol