"İLHAM ƏLİYEV "İSKƏNDƏR"LƏ BAĞLI PUTİNƏ ZƏNG EDİB..." - "Dəlillər Lavrova da təqdim olunub, o..."

Şuşaya atılan “İsgəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində müzakirə olunub. Virtualaz.org-a istinadən söhbətin həmin hissəsini təqdim edirik:

S.Buntman-İndi mən haradan uçub gəldiyi məlum olmayan “İsgəndər”lərlə məşğul olmaq istərdim.

A.Venediktov-Bəli, bu dolaşıq əhvalatdır.

S.Buntman-Bəli.

A.Venediktov-Baxın, doğrudan da minaların təmizlənməsi üzrə agentlik işləyir, həmişə olduğu kimi, münaqişələrdən sonra, təbii olaraq. Və iki “İsgəndər” operativ-taktiki raketlərinin qalıqları aşkarlanır. Və orada tanınma nişanı saxlanılır. Və o ilk növbədə prezident Əliyevə təqdim edilir, sonra qalanlara. Və Əliyev, mən başa düşdüyüm qədər, bu məsələ ilə bağlı Putinə zəng vurur. Nəyə görə Paşinyana deyil, Putinə? Birincisi, mən yada salıram ki, Paşinyan “İsgəndər”lərin atıldığını deyəndə onu fitə basdılar, gülüş hədəfinə çevirdilər, xüsusən bizim, Rusiyanın Müdafiə Nazirliyi. Və Putin dedi, və Peskov onu təkrarladı: “İsgəndər”lər tətbiq olunmayıb.

Problem bax bundadır. Həmin “İsgəndər”lərdə saxlanılmış “markirovka” göstərir ki, bu ixrac variantı deyil, bu həmin variant deyil ki, Ermənistana satılmışdı və nəticədə orada olmalı deyildi. 9M723 müstəsna olaraq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan raketlərin tanınma nişanıdır.

Və bu sırağagün olub, deyəsən həftənin cümə günü, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərin keçirildiyi bir vaxtda. MDB xarici işlər nazirləri Şurasının iclası gedir. Və orada Lavrova da bu dəlillər təqdim olunub. Mən başa düşdüyüm qədər o, heç bir cavab verə bilməyib. Və mənim başa düşdüyüm qədər Putin məsələni araşdırmağı tapşırıb, çünki belə hal olmalı deyildi. “İsgəndər”lərin buraxılması peykdən izlənir. Gümrü bazasından da heç nə uçmayıb. Ən azından bunu təkcə bizim peyklərimiz göstərmir, başqaları da çəkir.

Pardon, o zaman 9M723 nişanlı “İsgəndər”lər ora (Şuşaya) necə uçub gedib-üstəlik partlamayıb? Bu böyük sualdır. Doğrudur, indi nə istəsən fikirləşib tapmaq olar. Lakin Gümrüdən uçmayıb. “Markirovka” aydın deyil. Ümumən hələ ki, bizim diplomatların reaksiyası belədir: “Bu nə işdir belə?” Və mənim də reaksiyam belədir. Hesab edirəm ki, bu suala hər halda kimsə cavab verməlidir: hərbçilər Putin qarşısında, Putin Əliyev qarşısında. Çünki bu ciddi əhvalatdır.

Bilirsən, Seryoja, bu kimyəvi silah kimidir. Yəni sizin ixrac üçün nəzərdə tutulmamış “İsgəndər”ləriniz orada dolaşır, yəni ancaq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan raketlər. Belə ağrılı əhvalatdır.

S.Buntman-Bu çox ciddi əhvalatdır.

A.Venediktov-Doğrudan da cavab yoxdur.

S.Buntman-Bəli, bu “İsgəndər”lər aydın deyil. Onları “roqatkadan” buraxa bilməzsən ki, hətta səndə sadəcə olaraq raketlər varsa.

A.Venediktov-Bu, “Buk” (zenit-raket kompleksi) kimidir.

S.Buntman-Bəli, elədir.

635x100

Şərhlər

Vahid 2021-04-05 14:06:12

Rusiyanın hiyləsi olduğu aydındır.Belə olan halda biz niyə Rusiyadan cavab ala bilmirk və ya cavab almaq istəmirik? 5-ci kolon maneçilik edir? AXı bu 5-ci kolon niyə ifça edilmir?... Hətta veryolyot mısləsi dəRusiya işi olduğu ortaya çıxdı

.EJDER NAQILBAZ 2021-04-05 02:04:20

demeli pawa duz deyirdi,anektotu bu natemizler daniwiflar

t.ədalət 2021-04-04 23:16:40

Putin belə terrorçu hərəkətləri ilə rus xalqının da etimadını itirir.Əlbəttə,heç bir xalq öz prezidentinin yalançı və fırıldaqçı birisi olmasını istəməz.

Türk 2021-04-04 22:22:27

İsgəndırin atılması və vertolyot məsələsi Rus ordusunu Ərazimizə soxmaq üçün əhalini qorxutmaq üçün bir vasitə idi. Bizim hakimiyyətin də bundan xəbəri var idi. 

Vətəndaş 2021-04-04 21:16:42

Burada baş sındırmalı bir şey yoxdur. İsgənfəti erməni-rus atıb vəssalam.

Roma 2021-04-04 19:53:43

Rusiya özünü tülkülüyə vurmasın

Roma 2021-04-04 17:10:06

Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir, onunla düzgün və sərt danışıqlar aparılmalıdır...

Son yazılar