Menu

Azərbaycanda 27 nəfər ölən şəxsə pensiya ödənişi edildiyi aşkarlanıb

05.04.2021, 11:32
Azərbaycanda 27 nəfər ölən şəxsə pensiya ödənişi edildiyi aşkarlanıb

Auditin keçirildiyi tarixdə pensiya ödənişi aparılmış pensiyaçıların adlı siyahısı ilə vəfat etmiş şəxslərin adlı siyahısının üzləşdirilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə əməl edilməyərək vəfat etmiş 27 nəfərin pensiya hesabına vəfat etdiyi tarixdən sonrakı dövrlərdə də pensiya ödənişi davam edib.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Sənəddə qeyd edilib ki, ümumilikdə 282 308,34 manat artıq pensiya ödənildiyi müəyyən edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Sovetin sığorta FAİZİ 2021-04-05 14:39:27

Həmin rəhmətliklər ya Marsda, ya da Ayda yaşayırlarmış, yaxud da RF da? Axı, azəri dilindən təqaüd rusca pensiyadan tərcümən edilib! Ola bilməz ki, 27 rəhmətlik hələ də ÜST klinikalarında onların, ya sığorta hesabına müalicə olunurlar?

t.ədalət 2021-04-05 11:54:32

Pensiya oğurluğu ən çox Respublika komissarlığı deyilən qurumda olurdu.S.Müslümov hərbiçilərin pensiyasını da bu səbəbdən DSMF-na transfer etdirmişdi.Yəni,ölmüş minlərlə hərbiçinin pensiyasını ələ keçirmək üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol