Menu

Allahşükür Paşazadə Ramazan ayının başlanma tarixi ilə bağlı iradlara münasibət bildirib

07.04.2021, 15:08
Allahşükür Paşazadə Ramazan ayının başlanma tarixi ilə bağlı iradlara münasibət bildirib

"Biz Ramazan ayı ilə bağlı fətva verəndə yeni bir şey etmirik. Bu ayı Allah-Təala yaradıb. Ay bəzən bir gün sonra görünür".

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"Rəsədxananın vasitəsilə ayın görünməsini ictimaiyyətə çatdıracağıq. Bu, elmi məsələdir və mollalıq deyil. Amma ola bilər ki, ay bizim üfüqdə bir az tez və ya gec görünsün. Bu, mümkündür və ayın digər yerdə görünməsi və ya bizdə görünməməsi bizdən asılı deyil. Bu məsələdə ancaq elmsiz adamlar irad tuta bilər", - QMİ sədri bildirib.

Şərhlər

Eko 2021-04-07 15:47:13

Derd((( Molla rûshvetxanadan ,,, kafir imandan danishir ((((

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol