ÇOMAQLAR VƏ BALTA SAPLARI

İlhami Cəfərsoy

Mahmud Kaşğari yazır ki, öz adət-ənənələrini qoruyub saxlayan türklər dinlərini dəyişən türkləri Çomaq adlandırırlar. Çünki onlar öz xalqlarının müqavimətini qırmaq üçün özgələrin əlində çomaq olurdular.

Qırğızların Jetisu vadisindən nestorian türklərin qəbir daşları tapılmışdır. Nestorian təlimi yarı xristian, yarı yevrey bir təlimdir. Xaqani Şirvaninin anası Nestorun təriqətində olan bir nəsildən idi. Şair anasının dindaşlarına bir şeirində rəğbətini göstərmiş, ona görə də haqlı olaraq Şirvanşahın qəzəbinə düçar olmuşdu. Bundan başqa Suriyada, Anadoluda, cənub-şərqi Avropada katolik, provoslav türklər var idi. Onların hamısı yunanlaşmış, ruslaşmış, yalnız qaqauzlar öz dilini, etnik kimliyini unutmamışdır.

Xristian türklər yaxın və uzaq ölkələrdə özgələrin əlində çomaq olub öz soydaşlarının başına çaxılmışdır. Onlardan biri admiral Vasili Yakovleviç Çiçaqov idi. Onun törəmələri Qafqazda, Qara dəniz sahillərində öz soydaşlarına qənim kəsildilər. Başa çomaq, baltalara sap oldular.

Müsəlman türklərin yaralarından sıçrayan qanın damcıları xristian çiçaqovların, general kutuzovların, admiral uşakovların sinələrində ordenlərə, medallara çevrildi.

Admiral Çiçaqov ruslaşmış, general Sisianov erməniləşmiş Çiçək nəslinin nümayəndələridir. Orta yunan fonetikasında “ç” səsi olmadığına görə yunan təhsilli erməni salnaməçiləri Çiçək nəslindən olan yepiskoplarına adını Sisak, Çiçək mahalının adını Sisakan kimi yazırdılar. Onlardan fərqli olaraq İ.İ. Şopen Musa Xorenlinin kitabının ilkin nüsxələrinə istinadən yazır ki, ermənilərin Sisakan, Sisyan adlandırdıqları mahalın adı Çiçek olmuşdur.

Azərbaycanın tarixi torpaqları olan Gorus, Qapan mahallarındakı, Zəngi dərəsindəki Dərə Çiçək, Baş Çiçək, Çiçəkli kəndlərinin əhalisi onların son qalıqlarıdır. Xəzər xaqanının qızının adı Çiçək, Beyrəkin nişanlısının adı Banu Çiçək idi. Çiçək nəslinin İslam dininə iman gətirən hissəsi öz etnik kimliyini unutmamış, son zamanlara qədər türk və müsəlman olaraq qalmışdır. Onların bir oymağı özünü Çiçəkli adlandırır və XV əsrdə Hələb şəhəri yaxınlığında yaşayırdı. Əbu-Bəkr əl-Qütbi əl-Əhəri yazır ki, onlar Bağdad və Mosul ətrafında 1295-ci ildə Qazan xanın zamanında gəliblər. Onların başçısı Əli padşah bin-Çiçək sultan Əbu-Səidin dayısı idi.

Çomaqlar və baltaların sapları indi tarixən olduğundan daha təhlükəlidirlər. Onların bizim kimi Azərbaycan pasportu var. Azərbaycan adları daşıyırlar. Dildə haqdan-ədalətdən danışırlar. Əməldə ciblərimizə şərik olurlar. Suyun qiymətini qaldırır, aldığımız nəfəsə, udduğumuz havaya sayğac qoymaq haqqında fikirləşirlər

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar