Menu

"DİM-in ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır" - Məleykə Abbaszadə

09.04.2021, 17:03
"DİM-in ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır" - Məleykə Abbaszadə

"Dövlət İmtahan Mərkəzinin ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır. Mərkəz tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib".

APA-nın məlumatına görə, bu barədə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Mərkəzin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində bildirilib.

O bildirib ki, imtahanların məzmunu həmişə açıq olub: "Qəbul kampaniyasının bütün gedişinin və ayrı-ayrı mərhələlərinin ardıcıl olaraq internetdə, “Abituriyent” jurnalı və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.

Dövlət İmtahan Mərkəzinin üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsi hər il yüz minlərlə insanın bu və ya digər şəkildə kütləvi proseslərə cəlb edilməsi ilə müşayiət olunur və Mərkəz tərəfindən bu kampaniyaların ən yüksək səviyyədə idarə olunması üçün lazımi addımlar atılır".

Şərhlər

.EJDER 2021-04-09 19:57:20

aye,weffafliqdi kim,kimdi,nece edir,ne edir,neceyedir,hami bilir

Watchman 2021-04-09 19:43:49

Müsahibə mərhələsində heç bir şəffaflıqdan söhbət gedə bilməz. Bütün müsahibələr test üsulu ilə keçirilməlidir. Əks halda korrupsiya və maraqların toqquşması qaçılmazdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol