QƏBƏLƏDƏ KORONAVİRUS TÜĞYAN EDİR - Modul xəstəxana qapadılıb, insanlar köməksiz vəziyyətdə qalıb...

"Qəbələ rayonunda koronavirus tüğyan edir. Xeyli sayda rayon sakini virusa yoluxub, onların arasında ağır vəziyyətdə olanlar var".

Bunu "AzPolitika.info"-ya rayon sakinlərindən biri deyib.

Rayondan daxil olan məlumata görə, bir neçə kənddə yoluxma səviyyəsi yüksək olduğundan qeyri-rəsmi xüsusi rejim elan edilib: “Qəbələ sakinləri öldürücü virusun qarşısında köməksiz qalıblar. Rayonda ötən ilin yayında tikilən modul tipli koronavirus xəstəxanası bağlanıb, işləmir. Xəstələri qəbul edən, müalicə yazan həkim yoxdu. İnsanlar xəstə halda evlərinə qapadılıb, Allahın ümidinə buraxılıb. Rayonda xəstələr nəinki dava-dərmanla təmin edilir, heç tibb işçiləri sistem qoşmağa, iynə vurmağa belə gəlmirlər. Səhhəti kəskin pisləşənləri Bakıya, Qobustana, Gəncəyə göndərmək təklif olunur. Amma bu xidmət də pulludur, hər adamın onu ödəməyə gücü yoxdur. Camaat çox pis vəziyyətə düşüb, bilmirik, nə edək".

Qeyd edək ki, ötən il iyul ayının 29-da Qəbələ rayonunda quraşdırılan modul tipli xəstəxana kompleksinin açılışı olub. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısına məlumat verilib ki, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.

Rayonda başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, sözügedən modul xəstəxana müharibə zamanı bağlanıb: "Həmin xəstəxanada yaralı əsgərlər müalicə edilirdi. Düşmən bir neçə dəfə Qəbələni raket atəşinə tutmağa cəhd etdikdən sonra yaralılar Mərkəzi Rayon Xəstəxanasına köçürüldü, kompleks isə bağlandı. O zamandan bəri fəaliyyət göstərmir".

Problemlə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Oradan quruma informasiya sorğusu ilə müraciət etməyi tövsiyə etdilər.

"AzPolitika.info" saytının rəsmi sorğuna cavab olaraq məlumatın həqiqəti əks etdirmədiyi, rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Sabir Bayramovun xəstələrin yerləşdirilməsində problem olmadığını dediyi bildirildi.

Ancaq rayon sakinləri Sabir Bayramovun yalan məlumat verdiyini, öz şəxsi maraqlarına görə rayondakı açınacaqlı vəziyyəti gizlətdiyini iddia edirlər.

Mövzunu davam etdirəcəyik.

"AzPolitika.info"

635x100

Şərhlər

Xəstə 2021-04-09 20:06:45

Girdirmə TƏBİB və fəaliyyətsiz Səhiyyə nazirliyi saxalyan ölkə bundan artıq olmaz! Hələ yaxşı ki, insanları Allah saxlayır.Ölkə rəhbərliyinn vücinə deyil.

boz 2021-04-09 19:39:51

Ağ yalandır,Qəbələdə xəstəlik başqa yerlərdə olduğu qədərdir.Modul xəstəxananın işləməsinə ehtiyac olsa,istifadə edərdilər.

Son yazılar