Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev aprelin 10-da ordeni səfirə təqdim edib.

E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

635x100

Şərhlər

Anar Əhmədov 2021-04-10 11:41:28

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, uzun ömür can sağlığı arzu edirəm. Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı!

Son yazılar