Rusiya-Türkiyə münasibətlərinin Qərbə təsirləri - “Qarabağ münaqişəsində onlar fərqli tərəflərə dəstək olsalar da...”

“Xarici Siyasət Araşdırma İnstitutu” tərəfindən “Əməkdaşlıq, Rəqabət və Bölüşdürmə: Rus-Türk münasibətləri və bunların Qərbə təsirləri” adlı 72 səhifəlik xüsusi report hazırlanıb.

“AzPolitika.info” xəbər verir ki, reportda, Rusiya-Türkiyə əlaqələri dərindən təhlil olunaraq bu münasibətlərin Qərbə olan mümkün təsirləri qeyd olunub. Reportun xülasəsini olduğu kimi təqdim edirik:

Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasındakı qarşılıqlı əlaqə Avrasiyanın bugünkü ən vacib ikitərəfli münasibətlərindən biridir.

Son zamanlarda Şimali Atlantika Müqaviləsi Təşkilatının(NATO) ilk üzvlərindən olan Türkiyənin, təşkilatın əzəli düşməni Rusiya ilə sıx əməkdaşlığı NATO-nun maraqlarına zidd idi. Hansı ki, bu iki ölkə arasında tarixən o qədər güclü rəqabət var idi ki, aralarında müharibə olması qaçılmaz görünürdü.

Hərbi cəhətdən Moskva və Ankara bir sıra hallarda sıx əməkdaşlıq edib. Bu əməkdaşlığa ABŞ ordusunun Suriyadakı təsirini kənarlaşdırmaq üçün əməkdaşlığı və ya ABŞ-la müdafiə əlaqələrini təhlükəyə ataraq Türkiyənin Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini satın almasını misal çəkə bilərik.

Digər vaxtlarda, məsələn, İdlibdəki (Suriya) hərbi gərginlik, Liviya Vətəndaş Müharibəsi və Ermənistan-Azərbaycan Münaqişəsində hər iki ölkə fərqli tərəflərə dəstək olsalar da birbaşa hərbi toqquşmalardan çəkinərək birgə fəaliyyət göstərdilər.

İqtisadi cəhətdən əlaqələr tarixən Rusiyanın xeyrinə olaraq balanssız qalsa da, Türkiyənin turizm, enerji və nəqliyyat sahələrində son dövrlərdəki sürətli inkişafı bunu dəyişdirə bilər.

Bu dinamika iki ölkə arasındakı iqtisadi münasibətlərdə “amortizator” rolunu oynamaqla, əlaqələrdəki neqativ nüansların təsirini minimuma endirə bilər.

Bütün bunlar Qərb siyasətçilərinin Rusiya-Türkiyə münasibətləri və onların Qərb siyasətinə təsirləri barədə daha çox araşdırma aparmalı olduğunun zəruriliyini göstərir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar