Fahrettin Altun Ağdamdan UNESCO-ya səsləndi: “Ermənilərin iç üzlərini artıq görün”

“Burada gördüklərimiz tamamilə vandallıqdır”. “Report”un Qarabağ bürosunun məlumatına görə, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdam şəhərində jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Mən buradan UNESCO-ya səslənərək bildirmək istəyirəm ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır.

UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini artıq rəsmən görsünlər”-deyə, Fahrettin Altun bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar