Menu

Bakıda həkim koronavirusdan vəfat etdi - FOTO

12.04.2021, 09:22
Bakıda həkim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda həkim koronavirusdan vəfat edib. Oxu.Az-ın məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı Oxu.Az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol