"Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu əhatə edib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.
“Subsidiyalara müraciət edən istehsalçıların sadəcə 1/4 torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7%-i dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”, - deyə o, qeyd edib.


Şərhlər
Səriştəli kadrların,döyüş yolu keçənlərin dövlət sektoruna cəlb edilməsinə başlanılmasa ölkə iqtisadiyyatı çökməkdə davam edəcək.
Bu Gülmmədov XİNd-əın qovulmuş maliyyə-valyuta İDarəsinin rəisi və keçmiş nazir ELmar Məmmədyarovun ortağıdır. Xİn-də baş vermiş iri həcmli maliyyə maxinasiyalarına dair Hesablama Palatasına verilmiş materialları təzədən mammedyarovun üzərinə göndərən birisindən nə gözləmək olar. və ya buna nə ad vermək olar? Odur ki, Vüar Gülməmmədovun özü həbs olunacaq birisidir.