Müharibədən sonra ordumuz tərəfindən ələ keçirilən erməni diversantlarını İrəvana aparmalı olan təyyarənin boş qaytarılmasıyla bağlı gərginlik səngimir.
Xatırladaq ki, həmin təyyarədə olan Rusiya sülhməramlılarının başçısı general Rüstəm Muradov “hərbi əsirlərin” qaytarılacağı ilə bağlı yayılan məlumatları qəzəbli şəkildə yalanlamış və Ermənistan hökumətini “yalan və provakasiya”da günahlandırmışdı.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyana yaxın şəxslərdən biri və hakim partiyanın parlamentdəki ən fəal nümayəndələrindən sayılan Andranik Köçəryan Rüstəm Muradovun bəyanatına sərt şəkildə qarşılıq verib.

Köçəryan jurnalistlərə açıqlamasında deyib ki, general bu cür açlıqlamalar vermək hüququna malik deyil: “Muradovun belə bir bəyanat vermək hüququ yox idi.”
Ardınca Köçəryan eyham vurub ki, guya, hökumətin “əsirlərin” geri qaytarılacağı ilə bağlı gözləntiləri əsassız olmayıb və bununla bağlı hansısa “razılaşma” olub. Lakin sonradan o pozulub və “razılaşmanı” həyata keçirmək mümkün olmayıb.
Köçəryan iddia eddib ki, Muradovun Bakıya səfəri Paşinyanın Moskva səfərilə eyni vaxta təsadüf edirdi və “əsirlərin” qaytarılması məsələsi bu səfərdə müzakirə olunan əsas mövzulardan biri idi.
Jurnalistlərin son olaraq, erməni cəmiyyətinin Muradova, yoxsa Ermənistan hökumətinə inanmalı olduğuna dair sualına isə Paşinyanın adamı “hökumətə” deyə cavab verib.
Jurnalistlərin “belə çıxır ki, Muradov yalan danışır” sualına isə Köçəryan əsəbi şəkildə reaksiya verərək, onu cavablandırmağa cəsarəti çatmayıb.
Cəlal
“AzPolitika.info”

Şərhlər
t.ədalətə: sizinlə 100/100-ə razı, Lukaşı Bakıya Vova "qardaşı" göndərib, "get gör məndən nə danışırla, bu İskəndər məsələsindən əl çəksinlər"....
Lap əcəb edib buynuz cıxarıblar.Belə də davam et mək lazımdır.
ermənilərin hamısı bicbalalardır, rusa qarşı döşəyir, son anda tülkü kimi aradan çıxır...erməninin xisləti belədir...yaltaq, oğraş, çoxüzlü...
Bu Muradov(yan) Putinin ,guya oz aleminde muselmani muselmanin elile mehv etmesi anlamini verir,onun dar dusuncesile amma nezere almayibki satqin ucun hec bir din movcud deyil! Satqin ele Afrikadada satqindi!
Muradov haqqında ermənilər çox doğru danışırlar.Muradov Putinin çox təhlükəli bir canişinidir.Muradov Bakıya Putinin göstərişi ilə gəlmişdi ki,Rusiyanın düzüb-qoşduğu diversantlardan müəyyən hissəsini aparsın.Sayın Ərdoğan bu oyunu əngəllədi.Elə Lukaşenkonu da Azərbaycana Putin göndərib.