Menu

Azərbaycanda bir məhkəmənin 4 hakimi koronavirusa yoluxub

16.04.2021, 12:56
Azərbaycanda bir məhkəmənin 4 hakimi koronavirusa yoluxub

Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol