"Vaksinin üçüncü dozası da vurula bilər..." - "Pfizer" şirkətinin rəhbəri

ABŞ-ın "Pfizer" şirkətinin rəhbəri Albert Vurla bildirib ki, adamların tam peyvənd olunması üçün onlara 12 ay ərzində COVİD-19 vaksininin üçüncü dozasını vurmaq lazım gələ bilər. O, il ərzində bir əlavə dozanın vacibliyindən danışıb.

Hazırda ABŞ-da bir günə milyonlarla insana peyvənd vurulur. Albert Burla “CVS Health” proqramına müsahibəsində deyib ki, zaman keçdikcə vaksinin təmin etdiyi qoruma azalır, amma altı ay ərzində bu, həddən artıq yüksəkdir.

"Pfizer"-in Almaniyanın "BioNTech" şirkəti ilə birlikdə hazırladığı vaksinin ikinci dozası vurulandan sonra virusa qarşı 91 faiz effekt göstərir. Şirkətlər fevralda tam peyvənd olunmuş şəxslərə üçüncü dozanı vuraraq onun immunitetə, virusun yeni ştammlarına qarşı təsirini öyrənməyə çalışıblar. "BioNTech/Pfizer" vaksinindən indiyədək ABŞ-da 103 milyon doza vurulub.

“The Washington Post” qəzeti yazırki, artıq iyulda Birləşmiş Ştatlarda bir neçə yüz milyon vaksin dozası artıq qalacaq. İnkişaf etməkdə olan dünyada isə bir çox ölkələr əhalinin əksəriyyətinə peyvənd vurmaq üçün illərlə gözləməli olacaqlar. ABŞ qlobal vaksinasiya kampaniyasına pul ayırsa da, vaksin texnologiyasını, yaxud artıq dozaları paylaşmaq çağırışlarına reaksiya vermir.

Qlobal COVAX təşkilatının məqsədi 2021-ci ilin sonunadək 92 üzv ölkənin əhalinin 20 faizini vaksinlə təmin etməkdir. Fevralda Bayden administrasiyası bu işə 4 milyard dollar ayırmağa boyun olub.

"Oxfam" təşkilatı isə bu həftə 100-dən çox keçmiş dövlət başçısı və Nobel mükafatı laureatının məktubunu yayıb. Məktub müəllifləri Baydeni koronavirus vaksinlərinə görə mülkiyyət hüquqlarını müvəqqəti təxirə salmağa, kollektiv təhlükəsizlik hüququnu azsaylı təbəqənin kommersiya monopoliyasından önə çəkməyə səsləyib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin dəstəyi ilə yayılan məktub isə Birləşmiş Ştatları yayda artıq qalan dozaların 10 faizini, ilin sonunadək 50 faizini ianə etməyə səsləyir. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar