“Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir

Ucar şəhəri H.Əliyev prospekti bina 138 mənzil 1 ünvanında qeydiyyatda olan 1-ci qrup Qarabağ müharibəsi əlili Babayev Famil Cümşüd oğlu Yevlax Rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi Süleymanov Elşən Fikrət oğlundan şikayətçidir.

Ölkə başçısına, Daxili İşlər nazirinə və Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə ünvanladığı şikayət məktubunun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərən F.Babayev yazır ki, E.Süleymanov rəis təyin olunandan sonra texniki baxışa görə rəsmi dövlət rüsumunu bir neçə dəfə üstələyən qeyri-qanuni ödəniş tələb edir: “Yevlax Rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki Baxış Şöbəinin rəisi polis kapitanı Elşən Süleymanov Texniki Baxış Şöbəsinə rəis təyin edilib. Daha doğrusu, dövlət idarəsində özü üçün biznes qurub. Elşən Süleymanov bu vəzifəyə təyin ediləndən sonra avtomobillərin texniki baxışına görə ödənişi rəsmi dövlət rüsumundan 5 dəfə artıq qiymətə qaldırılb.”

Şikayətçi iddia edir ki, avtomobilləri texniki baxışdan keçirmədən belə, keçirildiyi barədə sənəd almaq mümkündür: “Hətta avtomobilləri Texniki Baxış Şöbəsinə gətirmədən, yoxlanışdan keçirmədən texini baxış sənədi almaq olur. Bunu orada olan videomüşahidə kameralarına baxmaqla sübut etmək çox asandır. Oraya gələn avtomobillərə heç bir baxış keçirilmədən texniki baxış sənədi təqdim edilir.”

Daha sonra şikayətçi 2019-cu ildə Elşən Süleymanovun içkili vəziyyətdə ağır yol qəzası törətdiyini, lakin buna görə məsuliyyəti başqa bir şəxsin öz üzərinə götürdüyünü iddia edir: “Qeyd edim ki, polis kapitanı Elşən Süleymanov sərxoş vəziyyətdə 11 may 2019-cu il tarixdə Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi törədib. Həmin vaxt “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakini Qurbanov Vusal Fərman oğlu ölmüş, 

Göyçay şəhər sakinləri Kərimli Məmməd Əlimövsüm oğlu, Azadov Pərviz Yelmar oğlu, Rüstəmov Nofəl Oqtay oğlu və Kərimli Simran Akif oğlu ağır xəsarət almışdılar. Həmin vaxtı Elşənin atasının pulları onu məsuliyyətdən kənarda saxlaya bilmişdi. O vaxt Elşən Süleymanov tərəfindən törədilmiş cinayətin məsuliyyətini başqa bir şəxs öz üzərinə götürmüşdü. Ancaq qəza törədən avtombilin həmin vaxt hərəkətdə olduğu yoldakı müşahidə kameralarında aydın görünüb ki, sükan arxasında Elşən Süleymanovun özü olub.”

Şikayətçi bildirir ki, belə bir şəxsin məsul vəzifədə olması doğru deyil. Sonda Qarabağ əlili məktubda qeyd etdiyi məsələlərin müvafiq orqanlar tərəfindən araşdırılmasını və bununla bağlı qanuna uyğun formada ölçü götürülməsini xahiş edir.

“Azpolitika.info” yazıda adı keçən E.Süleymanovun da mövqeyini dərc etməyə hazırdır.

“AzPolitika.info”


635x100

Şərhlər

Roma 2021-04-18 09:56:16

t.ədalətə: sizin yazdıqlarınıza tam inanıram və yəqin ki, bu məsələ hər rayonda təxminən elə belədir. Deputat Elman Məmmədova gəlincə, bu insan deputat kimi həmişə xalqın sözünü deyib və mən onu vətənpərvər kimi tanıyıram, ancaq oğlunun belə olması artıq onun özünü də gözümdən saldı...

Niyaməddin 2021-04-17 15:03:00

Peyğəmbər əleyhissəlam rüşvət alanı və verəni lənətlədi. Hədisi Şərif.

t.ədalət 2021-04-17 14:31:03

Ramil Usubovdan sonra nazir V.Eyvazov,nə yaxşı ki Bakının Maştağada yerləşən Texniki Baxış şöbəsində rüşvəti yışdırdı.Deputat Elman Məmmədovun oğlu əvvəllər buranı da Yevlaxdakı kimi idarə edirdi.

Roma 2021-04-17 13:45:01

Famil qardaş, sizin yazdıqlarınız, məncə tək Yevlaxda yox digər bölgələrin Texniki Baxış İdarələrində də belə hallar vardır. Bu sahədən rüşvəti, korrupsiyanı yığışdırmaq çox çətin məsələdir. Belə ki, hörümçək toru kimi hörülüb, ancaq təmizləmək mümkündür...

Son yazılar