Menu

Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisinə başlanılıb - FOTOLAR

17.04.2021, 12:49
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisinə başlanılıb - FOTOLAR

Quba rayonunda "Türkiyə-Azərbaycan Qardaşlıq Parkı"nın tikintisi və layihələndirilməsi işlərinə başlanılıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, park Quba şəhəri, Əliqulu Nərimanov küçəsində inşa olunur.

Parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb cəlb olunub. Dizayn işləri isə MÜSİAD Azərbaycan təşkilatı tərəfindən aparılıb.

Parkın eni 24 metr, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq Azərbaycan və Türkiyənin bayraqlarındakı ulduz və ayparalar tikintidə tətbiq olunacaq.

Qeyd edək ki, parkın açılışı ulu öndər Heydər Əliyevin doğum gününə planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol