Menu

“Əfqanıstanın gələcəyi üçün əlimizdə zəmanət yoxdur” - Ağ Ev

20.04.2021, 12:43
“Əfqanıstanın gələcəyi üçün əlimizdə zəmanət yoxdur” - Ağ Ev

Heç kim Amerika Birləşmiş Ştatları (ABŞ) ordusu gedəndən sonra Əfqanıstanın gələcəyi barədə zəmanət verə bilməz. Bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan «Fox News» nəşrinə müsahibəsində bəyan edib.

Sallivanın sözlərinə görə, prezident Co Bayden ABŞ ordusunu Əfqanıstana geri qaytarmağa hazırlaşmır, amma bu zaman heç kim ölkədə nəyin baş verəcəyi barədə zəmanət verə bilməz.

«Birləşmiş Ştatlar bircə şeyi edə bilib - bütün resurs və imkanları Əfqanıstan təhlükəsizlik qüvvələrinə, Əfqanıstan hökumətinə və əfqan xalqına vermək, öyrətmək və öz hökumətlərinə kömək etmək üçün onların hərbçilərini silahlandırmaq. Biz, bunu etmişik və indi ABŞ ordusunun vətənə qayıtmaq zamanı yetişib, əfqan xalqı üçün isə öz ölkəsini özlərinin qoruması zamanı çatıb» - Sallivan bildirib.

Bu bəyanatı artıq Əfqanıstan prezidenti Əşrəf Qani şərh edib və ABŞ-ın Əfqanıstandakı iştirakını Amerika ordusunun Vyetnamdakı «yalançı analogiyası» adlandırıb, ABŞ hərbçiləri gedəndən sonra, onun hökumətinin «Taliban»ın təzyiqi altında dağılmaq riskləri barədə istənilən ehtimalı rədd edib.

Onun sözlərinə görə, əfqan təhlükəsizlik gücləri ölkəni qorumaq iqtidarındadır. «Əfqanıstanın müdafiə və təhlükəsizlik gücləri son iki ildə 90 faizdən artıq əməliyyat keçiriblər» - Qani CNN kanalına müsahibəsində bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol