“BÜTÜN SSENARİLƏRİ HESABLAMIŞDIQ, AMMA...” – “İnterneti bağlamağı təklif etmişdik”

“Ermənistan siyasi hakimiyyəti müharibədən sonrakı bütün bu aylarda hərbçiləri günahlandırmağa çalışır. Ancaq generalların öz həqiqətləri var, bu da hakimiyyət üçün xoşagəlməzdir. Hərbi rəhbərlik Qarabağda baş verə biləcək müharibə üçün bütün ssenariləri hesablayaraq, hakimiyyətə təqdim etmişdi. Lakin siyasi rəhbərlik və bütövlükdə dövlət buna hazır deyildi”.

“AzPolitika” xəbər verir ki, bunları “Sputnik–Armenia”-ya verdiyi müsahibədə Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan Onik Qasparyanın müşaviri olmuş Vladimir Poqosyan söyləyib.

Poqosyan, Baş Qərargah rəhbərinin müşaviri vəzifəsinə başladıqdan dərhal sonra komandası ilə birlikdə bütün mümkün ssenarilərin tam təhlili üçün hər cür struktur və model yaratmağa başladığını deyib. Əlavə edib ki, Silahlı Qüvvələrdə çalışmadan əvvəl də mütəmadi olaraq orduya informasiya və analizlərlə kömək edib.

"Silahlı Qüvvələrin rəhbərliyi ilə 2019-cu ilin dekabrında görüşdük və dedim ki, dünyadakı vəziyyət yanvarın ilk günlərindən etibarən kəskin şəkildə dəyişəcək və 2020-ci ilin noyabrından gec olmayaraq, Qarabağda müharibə qaçınılmaz olacaq. Və bu müharibənin Ermənistan üçün uğursuz olacağı ehtimalı yüksək idi. Həqiqət budur ki, vaxt itirdik. Son 20 ildə ölkə və ordu çox şey itirdi: elmi, iqtisadiyyatı inkişaf etdirmədik və bu situasiyada silahlı qüvvələr də inkişaf edə bilməzdi", - Poqosyan bildirib.

Poqosyan, Qasparyanın 17 noyabr 2020-ci il tarixli açıqlamasını xatırladaraq, müharibədən əvvəl də Türkiyənin fəal iştirakını proqnozlaşdırdığını qeyd edib. Məsləhətçinin sözlərinə görə, Baş Qərargah müharibənin gedişatını deyil, Ermənistanın qonşularının və beynəlxalq aktorların davranışlarını da qabaqcadan görmüşdü: "Hər şeyi planlaşdırmışdıq. Əmin edə bilərəm ki, heç bir vergül də səhv etməmişik. Bəlkə indi kimsə bunu bəyənməyəcək. Niyə əvvəl vurmadıq, niyə elə oldu, niyə belə oldu deyə qışqıracaqlar. Belə olmadığını xatırlatmalıyam. Ordulardan əvvəl mübarizə aparan dövlətlərdir .Bizim vəziyyətimizdə dövlət döyüşmədi. Müharibə vaxtı Qarabağdan İrəvana gələndə gördüm ki, insanlar vəziyyətin ciddiliyini anlamırlar. Erməni vətəndaşları Azərbaycanla çətin, qanlı bir müharibə getməsini hələ də dərk etməmişdilər.

Müharibə başlamazdan əvvəl də, döyüş əməliyyatları baş verəndə də internetə girişin yalnız dövlət təhlükəsizliyi səbəbindən ehtiyacı olan şəxslərə və strukturlara açıq saxlanılmasını təklif etdik. Ancaq bu edilmədi. İnternet isə erməni cəmiyyətinə qarşı amansız bir “oyun” oynadı. Ermənistandan fərqli olaraq, Azərbaycanda əhali üçün şəbəkə kəsildi.”

"Əlbəttə ki, düşmənin kiber birləşmələri bundan fəal şəkildə istifadə etdi. Bütün erməni xalqı Facebook və Youtube-a daxil olanda erməni əsgərlərinə və texnikalarına PUA-lardan zərbə endirilməsini əks etdirən videoları görürdülər. Bütün bunlar Ermənistan cəmiyyətində çaxnaşmaya və dəhşətə səbəb oldu... Orduya çağırılan ehtiyatda olan insanlar, artıq psixoloji cəhətdən sınmış şəkildə cəbhə bölgəsinə getdilər”, - deyə Qasparyanın məsləhətçisi əlavə edib.

Ordunun hansı konkret tədbirləri təklif etdiyi (Müharibədən əvvəlki dövrdən bəhs edirik - red.) sualına cavab olaraq, Poqosyan, proqnozlaşdırılan təhdidlərə qarşı milis haqqında qanunu xatırladıb. Qanun müharibə dövründə səfərbərlik sisteminin təkmilləşdirilməsinə yönəlmişdi və ölkənin müharibəyə hazırlıq səviyyəsini yaxşılaşdıracaqdı. Qanun ötən ilin avqust ayında yenidən təklif edilmiş, müxtəlif səviyyələrdə müzakirə edilmiş, lakin qəbul edilməmişdi. Poqosyan müharibəyə hazır olmamağın və ağır nəticələrin səbəbini siyasi rəhbərliyin səriştəsizliyi, onun “yenilməz ambisiyaları” və idarəetmə sistemindəki xaosla əlaqələndirir. Müharibə sadəcə bir ordu demək deyil, bu, iqtisadiyyat və effektiv idarəetmə və hərbi vətənpərvərlik təhsili, kəşfiyyat və əks kəşfiyyatdır.

"Kadrların daimi sıçrayışı və təlatümü şəraitində, ölkənin sözün əsl mənasında atəşə tutulduğu və qısa müddətdə Baş Qərargahın üç rəisinin dəyişdirilərək yerinə orduda xidmət etməyən parlamentdəki təcrübəsiz "uşaqlar ” gələrsə, əlbəttə ki, bu halda nəsə qurmaq çətindir. Ordunun imkanları və səlahiyyətləri heç bir şəkildə sonsuz deyil. Ordu daim döyüşdü, sübut etdi, izah etdi, təklif etdi, ancaq dövlət çox aşağı sürətlə davam edirdi", - deyə Poqosyan bildirib.

Güntəkin

“AzPolitika.info

635x100

Şərhlər

Anar Əhmədov 2021-04-20 17:31:14

Qarabağ Azərbaycandir! Yaşasın Azərbaycan!

M.Əsgərov 2021-04-20 17:13:39

gic oğlu gic, uduzmağınız gücünüzü bilməməyinizdi, qorxaqlığınız və rusun tulası olmağınızdı. siz zatən yaranışdan məğlubiyyətə məhkum olunmusunuz.....bu qədər sadə......

Son yazılar