Menu

Putin Pezeşkianı 1 saat Kreml sarayında gözlədib - İran lideri otelə qayıtmalı olub

18.01.2025, 14:33
Putin Pezeşkianı 1 saat Kreml sarayında gözlədib - İran lideri otelə qayıtmalı olub

Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kreml sarayına gedən İran lideri Məsud Pezeşkian və onu müşayiət edən heyət bir saat burada gözlədilib.

"AzPolitika" xəbər verir ki, bu barədə "İran İnternational" kanalı məlumatlı mənbəyə istinadla məlumat yayıb.

Daha sonra onlara bildirilib ki, Putin hazır olmadığı üçün ya gözləmə otağında gözləsinlər, ya da otelə qayıtsınlar.

Mənbənin sözlərinə görə, bu davranış Pezeşkianı otelə qayıtmağa məcbur edib və o, daha sonra Putinlə görüş üçün yenidən Kreml sarayına gedib.

Həmin mənbə bildirib ki, Rusiya tərəfinin iranlı jurnalistlərə qarşı davranışı da "uyğun olmayan" şəkildə olub.

"AzPolitika.info"

Şərhlər

Roma 2025-01-19 07:08:05

Artığ bu Putində bir vərdiş halını alıb. Hamını aşığılamağ, Merkel kimisini böyük bir itlə qorxuzmağ, Sarkozini bir başqa cür aşağılamağ, İmaməli Rəhman da üzünə dedi ki, bizi aşağılama və s...Özünü dünyanın sahibi kimi aparır, ancağ çox getməz...Bizim təyyarəni vurub, enişinə icazə verməyib və az qalır özümüzü də günahkar çıxarsın. Bu barədə Tik-Tokda ruslar tərəfindən qoyulmuş və bizim prezident İlham Əliyevin onlardan üzr və kompensasiya tələb etməsinə münasibətə görə yazılan şərhlərdə, demək olar ki, hamısı bizi günahlandırır və Putinə də bizə qarşı guya yumşağ mövqe tutduğuna görə iradlarını bildirirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol