Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əmək haqqı artımının təxminən 8 faiz olacağı gözlənilir.
“Əmək Pensiyaları” haqqına Qanuna əsasən isə, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
Deputat Vüqar Bayramov bildirir ki, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq.
“Bu artımların ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub”, - o qeyd edib.
Deputat xatırladır ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub.
“Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”, -iqtisadçı bildirib.
V.Bayramov deyir ki, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq:“Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır”.
Millət vəkili xatırladır ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq.
“Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”, - iqtisadçı yekunlaşdırıb.
“AzPolitika.info”

Şərhlər
Yaxşı və lazımlı olar ki,yazılan rəyləri birləşdirib (ümimilləşdirib ) lazımi distansiyalara təqdim edəsiniz.çünki bir sıra məlumatlar həqiqətə uyğun olmur və xalqı qıcıqlandıran rəqəmlərlə qarışıqlıq yaradılır.
2024-də kimlərin əmək haqqı artıb?Axı bu böyük yalandır.Belə yalanı qəbul edib 35-70 faiz bahalaşma əhalini çıxılmaz vəziyyətə salmaq hansı "ağıllı" başın məhsuludur? Belə bahalaşma hədində 8 faizin mənasını anlamayan "mütəxəssis" ....Axı 2024-də hakimiyyətə yaxınların və deputatlardan başqa geç kəsin maaşında artım olmayıb.Yalan rəqəmlərlə manipulyasiyalardır....
Öndə gedəni gülüm olanın (iqtisadçısı,rəhbəri) olan xalqın başına külüm olub.Millət tarac,ac.xəstə qalı,b.Ölümlər sayı artıb,ömr uzunluğu azalıb.boşanmalar çoxalıb, gənclər evlənə bilmir,xəstəlik artıb.bahalıq baş alıb gedir.Ölkə idarəçiliyi yadlara bağışlanıb.Belə yalançı "iqtisaçılar" da baş aldatmaqla məşğuldurlar.
Kimi aldadirsan, a bedbaxt oglu? Bu ne corekdir, iller boyu kufr danisha-danisha yeyirsiniz, biryolluq gedin zehmetle dolanin, bu halla axiretde yeriniz nece olacaq?
Bilmirsən güləsən bu nağıla...ya ağlayasan.
qesden bele qeliz, dolaşıq dabışır milletle mezelenir...
MAN tarixi Nadiri tam. oxumuşam, bu iqtisad ı, gopcu V. Bayramov anlamıram, i sizlar da anlamazsiz. Allah sana rahmat elasin Mirza Calil.
Məncə bu iqtisadçı nə danışdığını bilmir. İzahları da kimə hesablanmış məlum deyil.Mən onu tv –də bir neçə dəfə görmüşəm,dinləmişəm və anlamağa çalışmışam.Amma bir şey anlaya bilməmişəm. Çox gəribə danışıq tərzi var….
Allah bizim günumüze salsin faizi yazanı inşaallah Amin Amin ilahi Amin inşallah
Bayramov iqtisadiyyatı necə anlayır7 Dünyadan,ətrafdan xəbərsiz küt analizi iqtisadçı yox, zurnaçı da verə bilər.. Orta əmək haqqı ilə insanların yaşamını nizamlamaq tam yanlış və aldadıcı olduğunu bu deputat anlamırsa onu məlumat yaymağa niyə imkan verilir.Bu 8 faizi o haradan,hansı mənbədən götürüb?Əgər minimum əmək haqqı,minimum pensiya 16 faiz artırsa (halbuki bu da faktiki olaraq çox aşağıdır.) bu artım niyə başqalarına aid edilmir?...Bu nə anlaşılmazlıqdır ?
Bu 8-faizi tez-tez gözümüzə soxma cənab deputat ,de görüm dəqiq infilyasiya neçə faizdir ? 50-60 100 .gündəəlik qiymətlərin artımı bu 8- faizlə ölçülür ? Birdə ki 996- man orta əmək haqqını necə hesablayırsız ? Sizlər aldığınız 8-10 min manatın bizlərə nə dəxli ? Bizdə orta əmək haqqı 400-500 manatdan artıq deyil ,bir ovuc insanın havayı aldığı 20-30 min manatı bizim ayağımıza yazmayın ( baxın Heft şirkətinə ,Milli Banka )
Bu nə danişdigini özü başa düşdü ?
Qatiq al surt bawiva belke tuk geldi