Menu

Əfv olunanlar arasında iki İran vətəndaşı da var

18.10.2014, 12:43
Əfv olunanlar arasında iki İran vətəndaşı da var

Azərbaycanda əfv sərəncamının icrasına başlanıb.

SalamNews-un məlumatına görə, Prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam verib. Həmin sərəncama müvafiq olaraq bu gün bir neçə cəzaçəkmə müəssələrində məhkumlar azadlığa buraxılıb. Belə ki, Ədliyyə Nazirliyinin Pentensiar Xİdmətinin 14 saylı cəzaçəkmə müəssəsində 5 məhkum azad olunub. Onlardan 2-si İran vətəndaşı( İbrahi Tohid, Məmmədzadə Səid) 3-ü isə Azərbaycan vətəndaşıdırlar (Əzizov Tural, Teymurlu Elşən, Fərzəliyev Rəşid” Xatırladaq ki, sərəncam ümumilikdə 84 nəfərə şamil edilib.

Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol