Menu

Azərbaycanda nazir koronavirusa yoluxub

21.04.2021, 13:53
Azərbaycanda nazir koronavirusa yoluxub

Azərbaycan mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - məlumatda bildirilib.

Şərhlər

t.ədalət 2021-04-21 16:44:04

Anar gəlişi ilə naziurliyi də koronavirusa yoluxdurmuşdu.Allahın Azərbaycana rəhmi gəlsin!

Seyid Ənhu 2021-04-21 14:45:47

Hələ bir dövlət məmurunun koronadan öldüyünü görmədik. Əmin edirəm ki, bu da ölməyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol