Menu

Milli komanda Mahmud Qurbanova həvalə olunub

18.10.2014, 12:52
Milli komanda Mahmud Qurbanova həvalə olunub

Milli komandanın baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mahmud Qurbanova həvalə olunub.

Bu barədə AFFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Xatırladaq ki, alman məşqçi Berti Foqts Xorvatiya millisinə biabırçı məğlubiyyətdən sonra öz postundan istefa verib.

“Qafqazinfo”ya danışan Mahmud Qurbanov bu qərarın özü üçün gözlənilməz olduğunu deyib: “Cəmi bir oyun üçün baş məşqçilik edəcəm. Bu da noyabrda Norveçə qarşı keçiriləcək matça təsadüf edir. Əlimdən gələni edəcəm ki, komanda yaxşı təsir bağışlasın. Mənim üçün gözlənilməz bir qərar oldu. Buna görə AFFA-ya təşəkkür edirəm ki, mənə etimad göstərdilər. Millinin heyətində yəqin ki, hər hansı dəyişiklik olacaq. Vaxt azdır, noyabra qədər milli çempionatın matçlarını izləyəcəm. Futbol oynamaq istəyən futbolçulara şans veriləcək. Bununla yanaşı, təcrübəli futbolçular da heyətdə yer alacaqlar”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol