Ankara ümid edir ki, İlon Maskın şirkəti tərəfindən cari ilin iyununda «Türksat 5B» peykinin kosmosa buraxılması sayəsində Türkiyə bölgədə daha güclü olacaq, o cümlədən, hərbi sferada. Ancaq Amerika Birləşmiş Ştatlarının (ABŞ) erməni və yunan lobbiləri türklərin ambisiyalı planlarına mane olmağa çalışırlar.
Bu mövzuda Kaan Zənginlinin məqaləsini oxuculara təqdim edirik. Müəllif yazır:
«ABŞ-ın erməni və yunan lobbiləri bizim «Türksat 5B» peykimizin buraxılmasına mane olmaq cəhdilə, İlon Maskın kosmik şirkətindən ABŞ Federal Mülki Aviasiya İdarəsinə şikayət məkutu yazıblar. Məktubda bildirilir ki, siqnalları həm də PUA-lara ötürəcək bu peykin sayəsində Türkiyə bölgədə daha da güclü olacaq.
Türkiyənin sayca səkkizinci peykinin kosmosa buraxılması ermənilər və yunanlar arasında narahatlıq doğurub. ABŞ-da fəaliyyət göstərən yunan və erməni lobbiləri İlon Maskın şirkətini («SpaseX») Türkiyə peykini kosmosa qaldırmaq planından çəkindirmək üçün gərgin işləməyə başlayıblar. Yunan-Amerika Liderliyi Şurası və Amerikanın erməni milli komitəsi ABŞ Federal Mülki Aviasiya idarəsinə məktubla müraciət edərək, təsdiqləyiblər ki, «Türksat 5B» rabitə peyki təhlükəli hərbi tətbiq üçün nəzərdə tutulub. Məktuba deyilir: «ABŞ özünün yaxın həmkarlarının - Ermənistanın və Yunanıstanın maraqlarını nəzərə almalıdır. Amerika Mülki Aviasiya Federal İdarəsi bu peykin buraxılmasının qarşısını almalıdır. Türkiyə kosmosda və peyklərdən yerdə hərbi potensialı üçün effektli istifadəyə nail olub. Bu qabiliyyət özündə təhlükə elementi daşıyır. Qarabağdakı müharibəni görməzliyə vurmaq olmaz - bu müharibə həmin peyk və hərbi potensial hesabına uduzulub. Kiprdə və Egey dənizində də Türkiyə təhlükə yaradır».
Xarici KİV-in məlumatına görə, lobbi dairələri qeyd edirlər ki, Türkiyə bölgədə hərbi sahədə daha güclü mövqe tutmağa başlayıb və ABŞ-la dostluğun əleyhinə olaraq, Rusiya ilə yaxınlaşma fonunda S-400 ZRK alıb. Bu səbəblə, Türkiyə ABŞ-la dost dövlət sayıla bilməz. Bundan başqa, həm də təsdiqlənir ki, Türkiyə xarici siyasətdə həm Rusiyaya, həm də ABŞ-a yaxın olmağa çalışır ki, bu da təhlükəli davranış xətti deməkdir.
8 yanvar 2021-ci ildə Kanaveral kosmodromunda (Florida ştatı) kosmosa Türkiyənin 7-ci «Türksat 5B» peyki buraxılıb. 35 dəqiqə sonra peyk siqnallar göndərməyə başlayıb. Erməni lobbisi elə onda da peykin buraxılmasına mane olmaq üçün ABŞ-a təzyiq göstərib, amma nəticə əldə edə bilməyib. Cari ilin iyununda İlon Maskın şirkəti kosmosa səkkizinci Türkiyə peykini - «Türksat 5B» peykini buraxacaq. Kosmosda yaradılan peyk dəstələri Türkiyəni təkcə rabitə sahəsində yox, həm də hərbi sahədə güclü edir. Bu peyklərdən daxil olan siqnalların köməyi ilə PUA-nın və zərbə aparatlarının idarə edilməsi həyata keçirilir. Beləliklə, kosmosda güc yerdə də gücü təmin edir».
AzPolitika.info


Şərhlər