ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ YAYILDI - Direktor və baş həkim belə tutuldu + VİDEO

Yeni klinika” tibb müəssisənin direktoru Abbasov Pərviz Akif oğlu və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun həbs edilməsi ilə bağlı videogörüntülər yayılıb.

Bu barədə video AzTV-də yayımlanıb.

Videogörüntülərdə həbs edilən hər iki şəxsin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, “Yeni klinika” tibb müəssisənin direktoru P.Abbasov Pərviz və FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İ.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

məlumat 2021-05-04 23:12:17

Şəkiyə yolunuzu salın ?

t.ədalət 2021-04-22 15:26:46

məmurların çoxu oğrudur.Odur ki,bunu sayta çıxarmağa ehtiyac yoxdur.Oğru olmayanda da qeyri-millətlərdən mağmun adamlar vəzifəyə irəli çəkilib.Təki,Türkiyəyə rəğbəti olmasın.....

Ədalət 2021-04-22 15:06:25

Bütün dövlət doğum evlərində həmin vəziyyət hökm sürür .

Son yazılar