Menu

Mirələmov Ağsaqqallar Şurasından da çıxarılacaq? - AÇIQLAMA

22.04.2021, 15:39
Mirələmov Ağsaqqallar Şurasından da çıxarılacaq? - AÇIQLAMA

Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsızlığına dair videogörüntülər yayılandan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə fikirlər səsləndirirlər.

İstifadəçilərin fikrincə, bu cür əxlaqsız hərəkətlər edən Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.

Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb.

Şuranun sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb: “Bəlkə bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən... olubdur...”.

Xatırladaq ki, məlum videonun səs-küy yaratmasından sonra Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində icra etdiyi kafedra müdiri vəzifəsindən azad olunub.

Şərhlər

Veteran 2021-04-23 15:04:13

t.ədalətə.Əziz həmfikir dostum Gənc YAP-çılar artıq çoxdan bu"babalarını"ötüb keçiblər.Onlar analarının qarnında ikən hər şeyi öyrəniblər.

Eko 2021-04-22 20:56:58

genc yapcilarin bashcisi , qashin alirdi ((( noolsun ki, buda qarasaqqal)))) alcaqliq bash alib qedir , ...

Фаик 2021-04-22 20:10:42

Bu da onun tayidir

Helime 2021-04-22 17:20:36

Bu adami tanimiram, bilmirem,amma ,bele baxanda ne edib ki? Esl utanasi o yox, videodaki qadindir. Qadin imkan vermese, sabiq deputat hechne ede bilmez. Men o qadinin yerinde olsaydim, qayidib, uzune bir shille qoyardim ve heddini bildirerdim. Ordaki qadin ise, hech bir cavab vermir. Mer kishini qinamiram. Yash gedib, bash gedib... bilmir ne edir

Vətəndaş 2021-04-22 16:57:23

Var ağsaqqal, var ağ ... bu YAP kimi hakim partiyaya üz qarasıdır.

t.ədalət 2021-04-22 15:56:01

Mirələmovu şuradan çıxarmaq yaxşı olmaz.Onda gənc YAP-çılar kimdən nümunə götürərlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol