"Polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir" - "Ən azı iki 2 dəfə artırılmalıdır"

“Polis və təhlükəsizlik əməkdaşlarının demoralizasiya olunmasını müşahidə edirik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var: “Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.

Deputat qeyd edib ki, bu yaxınlarda prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib: “Polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır. Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.

635x100

Şərhlər

AzeArmy 2021-05-26 13:28:45

Bayağdan şərhləri oxuyuram ayb olsun oki deyirsiz e polisin maaşını çoxalmasın nəm neyləməsin. A qapınıza toyuğ girəndə polisə zəng elirsiz su gəlməyəndə polisə zəng edirsiz. Rahat hər yerə gedbgəlirsiz gecə siz yatırsız polis xidmət göstərir ərazidə narkamanyaya qarşl mübarizə aparır o qədər narkotik tutulur balalarınız zəhərlənməsin deyə. Camahatın anası bacısı rahat gəzir parka əyləncə mərkəzlərinə rahat gedirlər hüquq mühafizə orqanları olmasa yaşamağ olmaz. Hamı əlinə bir silah alıb xouşuna gəlməyən adamı öldürər. Ayb olsun bəzilərinizə. 500manat maaş alır post patrulun işçisi 500manatnan ailə baxmağ olarmı bu dövürdə . Utanmayb onuda çox görürsüz

Vətəndaş 2021-04-23 23:12:59

Qüdrət istəyir ki Polisin maaşı artırılsın ki bizi daha ürəkli dubinkalasın. Qüdrət niuə demirsən uşaq pulu versinlər

Musa 2021-04-23 21:03:02

hərbcilər 500 m.-n ümidinə qalıb

Xalq 2021-04-23 16:51:28

məncə M.Məclisin deputatlarının sayı 50-yə endirilməlidir. Onda gör nə qədər pula qənaət olunur? Məncə əla təklifdir!

Möhkəmə 2021-04-23 16:09:22

Sən necə adamsan?! Yazıq kasıb ailələr uşaq pulu deyib dad çəkir , qazilərə əlillik verilmir. Sən də başlamısan ki polisin maaşı azdır. ....

Vətəndaş 2021-04-23 15:28:45

Hərbçilərin maaşı artırılsın, artırılmalıdır. Xüsusilə indi. Amma onların maaşı deyilmir, prokurorluğun və polisin maaşı deyilir.

Vətəndaş 2021-04-23 15:27:34

Hərbçilərin maaşı artırılsın

esger 2021-04-23 13:27:18

Maaşın insana demoralizasiyaya təsir gücünü birinci deputatlar göstərir Secicılərə verilən vədləri seçiləndən dərhal sonra unudurlarlən

esger 2021-04-23 13:20:35

Yaxşı olardi ki bu fikirləri səsləndirəndə deputat maaşları rəqəmlə muqaisə edərdi Və demoralizasiyadan söz açanda icra hakimiyyəti başçılardan başlamaq lazımdır Onun məntiqi ilə belə çıxır ki əgər Sizin bir balaca səllahiyyətiniz varsa Siz demoralizasiya oluna bilərsiniz Belə çıxır ki yalnız pensiyaçılar demoralizasiya oluna bilməz və onların pensiyasının qaldırmasına ehyiyac yoxdur

Xalx 2021-04-23 13:11:12

Sayları 3 dəfə azaldılsın, professionalığı, savadı və ümumi səviyyələri 3 dəfə artırılsın, vəzifələrini düzğün və layiqli icra etsinlər və o halda da maaşları 2 yox, azı 3 dəfə artırılsın.

Səlim 2021-04-23 13:01:31

Polisin sayını iki dəfə azaltmaqla,əmək haqqlarının iki dəfə qaldırılması məsələsi qoyulmalıdır.Cevik polis alayı,Post patrul xidməti,Mühafizə xidməti,Dövlət Yol Polisi,Daxili qoşunlar,Polis şöbələri və ilaxir.Bu qədər polis olarmı?

Son yazılar