Menu

OQTAY ŞİRƏLİYEV NAZİR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir vəzifəsi yeni təyin olunan birinci müavinə tapşırıldı + FOTO

23.04.2021, 16:42
OQTAY ŞİRƏLİYEV NAZİR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir vəzifəsi yeni təyin olunan birinci müavinə tapşırıldı + FOTO

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

"AzPolitika"nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Bununla bağlı da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Qeyd edək ki, T. Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri idi. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib.

Bundan başqa, fərmana əsasən Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb.

Şərhlər

.EJDER lox 2021-04-28 02:16:25

aye bunun ,cavan qoxumu gelerki,analoqu olmayan inkiwaf elesin

Amon 2021-04-24 01:51:18

Bu yeni nazir ele sehiyyenin teskili sobesinin mudiri olubsa demek ki bu da sehiyyemizin bataqliga dusmesinde esas fiqurlardan biri olub.sireliyev qeder mesuliyyet dasiyir

Elvin 2021-04-23 21:40:09

Şirəliyevin əsl adını kim bilir?Axı onun qızı boynunda xaç Moskvada vəzifədədir.

t.ədalət 2021-04-23 20:31:20

Oqtay Şirəliyev Qriboyedovun "Ağıldan bəla" əsərindəki Mitrofonuşkadır.Alabəzək şalvar geyinsə Qoqolun əsərlərindəki personajlardan seçilməz.

pensioner 2021-04-23 20:16:19

Olmayan səhiyyənin məhv etdı və getdi.

miri 2021-04-23 17:25:43

Təbrik, Oqtay müəllim....Ölenlerinize rəhmət qazanma mərhələsinə xoş gəldiniz.

Eli 2021-04-23 17:07:51

Şireliye. çıxdı azadlığa indi geder Moskvaya bala bala vurar özü üçün.Vezife normal vurmağa imkan vermirdi.Doxdur inan mene dünyada azadlıqdan gözel şey yoxdur.Yaşa özün üçün neynirse milletin bu çetin gününde özünü derde salırsan

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol