YAP Ağsaqqallar Şurasının üzvü, keçmiş deputat, yazıçı, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsız görüntülərinin sosial şəbəklərdə yayılması böyük rezonans doğurub. O, dərhal kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) uzaqlaşdırılıb, dünən isə hakim partiyadakı vəzifələrindən və üzvlükdən xaric edilib. Mirələmovun kəskin qınaq hədəfinə çevrilməsi onu köməksiz vəziyyətdə qoyub.
Maraqlıdır, keçmiş deputatın əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntülər sosial şəbəkələrə necə sızıb? Onun cəmiyyət qarşısında rüsvay olmasında və linc edilməsində kimlər maraqlı olub?
ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov mətbuata açıqlamasında bildirib ki, sözügedən görüntülər universitet daxilində deyil, kənar ofisdə çəkilib: "Bildiyimiz kimi, Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub. Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil".
Apardığımız araşdırma zamanı məlum oldu ki, Mirələmovun qeyri-etik görüntüləri ADNSU-da çəkilməsə də, universitetin bu il yanvarın 27-də keçirilmiş Elmi Şurasının iclasında qeydə alınıb.

Həmin toplantıya H.Mirələmov və Şuranın başqa üzvləri fərqli yerlərdən, ofislərdən onlayn formada qatılıblar. ADNSU-nun saytında yerləşdirilən foto keçmiş deputatın internetdə yayılan kadrları ilə uyğunluq təşkil edir. Mirələmovun geyimi, onlayn iclasın iştirakçıları, onların dayandığı yerlərin arxa fonları eynidir.
Bəhruz Nəzərov "AzPolitika.info"-ya bu məlumatı təsdiqləyib.
Yanvarın 27-də keçirilən iclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə koronavirus pandemiyası ilə bağlı son vəziyyət, eyni zamanda, ölkədə COVİD-19 pandemiyasının statistikası barədə danışıb.
Toplantı ilə bağlı saytda yerləşdirilən informasiyada H.Mirələmovun çıxış etdiyi yazılmayıb.
Beləliklə, məlum olur ki, sözgügedən video Elmi Şuranın iclasında iştirak edən şəxslərdən biri, yaxud da moderator tərəfindən çəkilib.
Mütəxəssislər bildirir "Zoom" proqramı vasitəsi ilə iştirakçılara dəvət göndərən şəxsin bir sıra əlavə imkanları var: o, iştirakçıların səsini bağlaya, foto, video qeydiyyatı götürmələrinə icazə verməyə bilər. Yəni texniki baxımdan onu məhdudlaşdıra bilər. Amma Elmi Şuranın iclasına iştirak edənlərə qarşı bu addımın atılması o qədər də ağlabatan görünmür.
Ehtimallardan biri odur ki, Mirələmovla yaxşı münasibətləri olmayan şura üzvlərindən biri bu görüntüləri qeyd alıb və bir müddət sonra internetdə yayıb.
Məlumatlı mənbədən "AzPolitika.info"-ya daxil olan məlumatda rektor Mustafa Babanlı ilə Hüseynbala Mirələmov arasında da münasibətlərin “soyuq” olduğu bildirilir.
Rektorun bir neçə dəfə keçmiş deputatı kafedra müdirliyindən uzaqlaşdırmağa cəhd etdiyi, ancaq "gücü çatmadığl" iddia olunur. Mirələmovun müxtəlif vasitələrlə postunda qaldığı vurgulanır. Bu səbəbdən istisna deyil ki, kadrların yayılmasında rektor da şəxsən maraqlı ola bilərdi.
Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov "AzPolitika.info"-ya açılamasında bu xəbərin doğru olmadığını vurğulayıb.
Qeyd edək ki, Mirələmovun əxlaqsız hərəkətlərinin təsadüf nəticəsində yayımlanması da istisna deyil.
Rasim
"AzPolitika.info"

Şərhlər
Ona görə işsizlik baş alıb gedir.....
mirələmovu müdafiə edənlər əxlaqsızlığı təbliğ edirlər, sanki adi haldır, belədə olmalıdır necə ki, televiziya kanalları adları əxlaqsızlıqda hallananları reklam edirlər......
Üzümü miralamovların müdafiəsinə qalxan "millət vəkilinə". Siz namərd, əxlaqsız, xarınlanmış, koorupsioner iş bazların müdafiəsinə yox, Sizə etimad edən vəbu vəzifəyə seçən vətandaşlar xidmət və onların hüquqlarını müdafiə etməlisinizi
Hörmətli Rasim müəllim iclas "Zoom" proqramı vasitəsi ilə deyil, "Microsoft Teams" proqramı ilə keçirilib.
Halaldı Rasim ,sən də Siyaquş kimi bəhanə axtarmağa çalışırsan .Kimin yaydığının önəmi yoxdur ,belə ... nəinki linc ,hətta dama basmaq lazımdır ,yoxsa rəhbərlklə münasibət və yaxud başqa bəhanələr axtarmayın ,sadəcə....i
xin*de de bele hadiseler cox bash verir, .....maraqlı görüntüleri vardır.
Bu megaleden ele chixirki siz mirelemovu mudafie edirsiniz? Videonu yayan adami axtarirsiz? Kim yayibsa lap duz edib hele gecikibde! Tez lazimiydi !
O proqram "Zoom" deyil, "Teams"dır. ))
Məncə ya kimsə və ya təsadüfdən yayılmasının elədə əhəmiyyəti yoxdur. Belə bir hadisənin Hadı Rəcəbli kimilərinin malalaması başa düşüləndir, necə deyərlər tonnan çörək kəsiblər...Hadıya, dostunu göstər deyim sən kimsən məsəlini xatırlayıram...
Bir afam bu yaşda bu qədər vəzifələrin öhdəsindən nece gələr?ona görə bir adama bu qədər vəİfə verməzlər