Menu

"Erməni soyqırımı" yalanlarını qəbul etdirə bilməyəcəklər" - XİN başçısının müavini

24.04.2021, 14:08
"Erməni soyqırımı" yalanlarını qəbul etdirə bilməyəcəklər" - XİN başçısının müavini

“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərdən uzaq siyasi təhriflər etməyə çalışanlar nə qondarma soyqırımı yalanlarını qəbul etdirə, nə də ASALA-nın törətdiyi terror aktlarını unutdura bilərlər”.

“Report”un xəbərinə görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran tvitter səhifəsində yazıb.

“Erməni terroru nəticəsinə şəhid olan diplomatlarımızı və bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik. Onları unutmadıq və unutmayacağıq!”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol