“TUTULMAYAN” MİRƏLƏMOVLAR... – Onların YAP-da, parlamentdə, icra orqanlarında sayı-hesabı yoxdur

Ruslarda “ne poyman, ne vor”, yəni “tutulmamısansa oğru deyilsən” deyə bir ifadə var. Bizdə də oğurluq edib tutulanı da var, tutulmayanı da. Məsələn, Hüseynbala Mirələmov məlum video sayəsində “tutulan oğru” oldu...

Ancaq heç kimə sirr deyil ki, bu ölkədə, onun parlamentindən tutmuş bütün digər hakimiyyət qollarına qədər, saysız-hesabsız tutulmayan mirələmovlar var. Özü də bir çox hallarda Mirələmovun “xətasıyla” onların günahlarını və cinayətlərini yan-yana qoysaq, fillə qarışqanın müqayisəsi alınar...

Xüsusilə də hakimiyyətin müxtəlif eşalonlarında, parlamentdə, icra orqanlarında, YAP-da oturub, artıq keçmiş, yıxılmış silahdaşlarını az qala əxlaqsızlıq simvoluna çevirənlər bir dönüb özlərinə və ətraflarına da baxsalar, pis olmaz. Azərbaycanda Mirələmovdan beşbetər də yox, minbetər keyfiyyətsiz nə qədər deputat, məmur, icra başçısı, polis rəisi və s. var və olacaq. Belələri katibəylə, xadiməylə, daha kimlərləsə məlum hoqqalar çıxarmasalar belə, mütləq hansısa başqa bir qələtə qol qoyacaqlar...

Ümumiyyətlə, bir adam eyni vaxtda həm deputat, məmur, həm də şirkət, biznes sahibi, zavod direktoru və s. olursa, onun əlində toplanan kapital, vəzifə imkanları, toxunulmazlıq statusu, əlaqələri, hakimiyyətə çıxış imkanları və s. onu tezliklə harın, əyyaş, qudurğan bir tipə çevirir. Ona görə də, parlamentdə nə qədər biznesmen-deputat, nazirliklərdə, icra strukturlarında nə qədər biznesmen-məmur varsa, aşağı-yuxarı Mirələmovun başqa bir variantlarıdır.

Parlamentin keçmiş və indiki tərkibində olan bəzi şəxslərə diqqət yetirək – Hadı Rəcəbli, Rüfət Quliyev, Cavid Qurbanov, Tahir Süleymanov, Madər Musayev, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Elnur Allahverdiyev, İqbal Məmmədov, Oqtay Əsədov və sadalamadığımız daha kimlər, kimlər. Bu adamlar Mirələmovdan da artıq varidata malikdirlər və bu varidata necə sahibləndikləri heç kimə sirr deyil. Heç vaxt da qanuna məhəl qoymadan, deputat ola-ola bizneslərinin mövcudluğunu gizlətməyiblər.

Özü də Mirələmov hələ bir az abırlısı, toya gedənidir, ən azından səsini çıxarmır, özünə haqq qazandırmağa, ağ yalan danışmağa çalışmır. Məsələn, bir vaxtlar Bakının meri olmuş mərhum Rafael Allahverdiyev rayonların birində bir xanımla “dincələrkən” yaxalananda, çıxıb utanmadan yalandan demişdi ki, həmin xanım onun qızıymış...

Böyük maddi imkanları olan məmur və deputatlar arasında bir sorğu keçirin, görün, məsələn, bu adamlar indiyə qədər orduya, “Yaşat” Fonduna nə qədər pul köçürüblər, ümumiyyətlə köçürüblərmi? Bəziləri bəlkə də köçürüb, lakin inanın ki, əksəriyyəti bunu xalqa, millətə canıyananlıqdan yox, görüntü, rəhbərliyin qəzəbinə gəlməmək, özlərini, bizneslərini qorumaq xatirinə ediblər, bir çoxları isə heç nəyi veclərinə almayıb, heç bir qəpik də köçürməyiblər. Köçürənlərinsə ödədikləri məbləğ onların varidatlarının heç 0.001 faizi də olmayıb. Yəni bu adamların əksəriyyətinin əli Mirələmovun da əlindən əyri, mənəviyyatı onunkundan da yoxsul, cibləri isə onun cibindən də doludur. Hətta deyilənə görə, Mirələmov “əliəyri” olsa da, bunların çoxundan, məsələn elə dostu Hadı Rəcəblidən qat-qat əliaçıq birisidir...

Odur ki, YAP-dan, parlamentdən, hansısa digər hakimiyyət strukturundan, yaxud ali məktəbdən qovulası kifayət qədər mirələmovlar var! Bunların əlindən nələr gəlmir - rüşvət almaq, adam şərləmək, yetimin, əlilin, pensiyaçının haqqını yemək, inhisarçılıq yaradıb kiçik və orta sahibkarın evini yıxmaq, pul alıb kiminsə əleyhinə məhkəmə hökmü çıxarmaq, ölüm ayağında olan xəstəni xəstəxanaya götürmək üçün haqq almaq, ölkəyə keyfiyyətsiz dərman gətirib od qiymətinə satmaq, həbsxanaları bazara, məhkumları sağmal inəyə çevirmək və daha nələr nələr.

Və təəssüf ki, bu cinayətləri nə kimsə lentə almır, nə də həmin əməlləri çaşıb “zoom” proqramının açıq vaxtında törətmirlər...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Vasif 2021-06-01 22:50:46

Mirəıəmov və onun kimilərini( onların sayı kifayət qədərdir) müdafiə edən,qoruyanlar kimə və hansı dövlətə,xalqa xidnət edir?

Roma 2021-05-20 11:14:15

Vətənpərvərlik, Xalqa, Millətə canıyananlıq deyəsən bizim Millətin harınlamışlarına aid deyil....

Prezidentini sevən 2021-05-02 21:45:49

Şəki İcra Hakimiyyətini Başçısının birinci müavini Həsən Həsənov 25- ildir ki, həmin vəzifəni tutub, 25-ildir ki, həmdə YAP-nın sədridir... Bu adam yalnız özünə və qohum qardaşlarına xidmət edir, ayrı heç kimə..Bütün vəzifələrdə öz qohm-qardaşlarını yerləşdirib, aidiyyatı qurumlarda onun qanunsuz əməllərinə göz yumur.. Onun qanunsuz fəaliyyətlərinə nə vaxt son qoyulacaq ? O günü gözləyirik...

Cəmşid Dərələyəzli 2021-04-27 15:51:19

Adətən belə admalar abırsız olurlar və nə yazıq ki, onlar da kifayət qədərdir. Keçmişdə Partiyaya namizəd olanda mütləq iki nəfər sənə zamın durmalı idi. Təssüf ki, YAP yaranandan sonra, vaxtı ilə Heydər Əliyev Naxçıvandan gəlib Bakıda parlamentdə çıxış edəndə ayaqlarını pola döyüb səsini eşidilməz etmək istəyənlər kütləvi bu partiyaya daxil oldular. Nəyin ki onlar, kənarda da nə qədər natəmiz adamlar var idi onlar da. Təbii ki, bu da YAP keçmiş icra katibi Əli Əhmədovun əməllərinin nəticəsi idi. Buyurun baxın, Mirələmov da Əli Əhmədovun həmin əsərlərindən biridir. Nə yazıq ki, bunlardan hələ vəzifə kürsülərində çoxdur. İnşallah onların bir qismi, bax beləcə öz məkirlərinizin qurbanı olacaq, bir qismini isə Ölkə Başçısı özü Qarabağın statusu kimi cəhənnəmə göndərəcək. Bu yolda da DTX fəaliyyətini təqdir edirik və inanırıq ki, Olkə Başçısının sədri olduğu YAP nüfuzuna vurduğu zərərdən və işlədiyi müddətdə mənimsəmələrdən dolayı, Mirələmovun da tezliklə qapısını çalacaqlar.

Kazım 2021-04-26 20:52:19

Ən maraqlısı isə bunıarın YAP -çı olmalarıdır.....

Culfa 2021-04-26 17:14:32

....Bəzi hərbi hissələrdə komandirlər dükan açıb. Əsgərin ərzağını çöldən-çölə satdırır, uşaqlar isə içəridəki dükandan alıb qidalanır. 2 manatlıq siqaret 5 manata. Nə yoxlama var, nə də ora girə bilən. Yoxlama Qubadlıya necə getsin? Buraxan var?

M.Əsgərov 2021-04-26 12:21:14

Belələri nə qədərki (onlar çoxdurlar) vəzifələrdədirlər bu ölkə düzələn deyil və danişılanlar, verilən vədlər özünü doğrultmayacaqdır. Belələri bütövlükdə vəzifədən azad edilməli, yeni adamlar, sözün həqiqi mənasında adamlar, kimlərinsə adamları deyil işə cəlb olunmalıdırlar, peşəkar, dürüst adamlar, əlbəttə yüksək maaşla təmin olunmaq şərtilə ölkəni inkişafa aparacaqlar.....

oxucu 2021-04-26 02:45:53

AY ƏZRAYIL GƏL ÇIX DA,BUNUN ƏLACI ANCAQ SƏNSƏN.

ugur 2021-04-25 21:03:30

Elnur Allahverdiyevin nənəsi erməni

Niyaməddin 2021-04-25 17:19:47

Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların ürəkləri ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır. (Mömin surəsi, 18)

Xalq 2021-04-25 16:09:14

Düppədüz.

Seyid Ənhu 2021-04-25 16:04:34

DÖZƏ BİLMİRƏM BU ÖLKƏDƏ YAŞAMAĞA ALLAHA AND OLSUN DÖZƏ BİLMİRƏM.....

esger 2021-04-25 13:25:48

Calal müəllim Allah Sizi qorusun Sizin araşdırmalar həmişə yuksək səviyyədə olur Qoy bəziləri araşdırilmasının keyfiyyətini Sizdən nümünə götürsün

Mezlum 2021-04-25 12:27:56

Sakinin icra bascisi sehere nezaret etmir sadece oz mulklerini qohumlarinin vasitesile inkisaf etdirir. Rustem usubovun emisi oglu olduguna gore basciya nezaret sifirdir cunki klan uzvleri hele de onu qoruyur. Seki sakinleri ondan nifret edir. Seki rayonunda her bir sahe batib.

Akif 2021-04-25 12:25:21

ramiz mehdiyevin oglu teymur general rutbesinde, FHN-nin muavinidir,

Mirzə AĞ 2021-04-25 12:15:41

"Гриша Мировой" müəllim, başqa sözlə, "hırıq kələ.."."

Vətəndaş 2021-04-25 12:14:00

80 YAŞLI BELƏ TƏTBİYƏSİZ OLANDA BELƏ ALINIR Kİ BUNLAR HAMISI BELƏ TƏRBİYƏSİZDİRLƏR. YAZIQ MİLLƏTİK!!!!!!!!!!!!!!

Vetendaş 2021-04-25 10:16:40

Celal qadan alım, haqqı-dogrunu çox gözəl ifadə edirsən. Allah səni qorusun, o maska alverçisi Feyziyevi niyə bəzi dırnaq arası saytlar reklam edir bilmirəm

Nazim 2021-04-25 10:02:54

Hormetli Azpolitika ve hormetli muellif coxsagolun obyektiv yaziya gore!, Settar Mehbaliyev, Eli Hesenov, Eldar Ibrahimov, hele ne qeder bu kimileri at oynadirlar, ovladlari, qohumlari polis reisi, tibb idare reisi, nazirlik ve komitelerde yuksek vezifeler ve daha neler, Allah cenab prezidenti qorusun, ancaq ciddi yubanmalar var

M.Əsgərov 2021-04-25 09:58:40

belə görünür ki , Azərbaycanda vəzifələr mirələmovun əlində, hadının , bıdının dilində, bir başqa deputat, məmurların qolunda və cibindədi, xalqdan başqa hər kəsdədir...

Son yazılar