Menu

HƏBS EDİLƏN İCRA BAŞÇILARININ ƏVVƏLKİ PEŞƏLƏRİ... - Tamada, dollar alverçisi, ofisiant...

26.04.2021, 18:05
HƏBS EDİLƏN İCRA BAŞÇILARININ ƏVVƏLKİ PEŞƏLƏRİ... - Tamada,  dollar alverçisi, ofisiant...

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqları maraq doğurur.

İnternet resurslarında araşdırma apardıqda məlum olur ki, bu gün saxlanılan Alimpaşa Məmmədov vergi orqanlarında işə düzəlməzdən əvvəl toylarda tamada kimi fəaliyyət göstərib.

Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil» restoranında ofisiant işləyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev  uzun illər "Qara bazarda" dollar alverçisi kimi tanınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılanılarkən evindən milyonlar çıxan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib.

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib.

Həbs olunan Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib. 

Şərhlər

Eyvaz 2021-04-27 08:41:32

Bu adamlari teyin edilməsində əsas rol oynayan Mehdiyevdən yazın....

RT 2021-04-27 08:39:15

Biyabrciliq ! ne qûndeyik biz yauuu,,,,

Kələntər 2021-04-27 07:31:06

Həbs olunmayanların da keçmişini işıqlandırsaydınız əla olardı..

Xalx 2021-04-27 07:23:55

Anadan olan kimi icra başçısı olmalı idilər?.. Hamı haradasa işə başlayır... Məsələn, Brejnev də qarafəhləlikdən başlayıb.

Eko 2021-04-27 06:53:36

Bes Sheki IH ?

Veteran 2021-04-27 00:47:34

Məmurlar bazar təfəkkürü ilə idarə edirlər.

Vətəndaş 2021-04-26 23:58:54

Alimpaşa həm də dana alveri edirmiş.

Oxucu 2021-04-26 23:51:00

"Mur-Ay" rəhbəri Zeynal Nağdəliyevin seçdiyi kadrlar bundan artıq olmamalıdır!

ABDULLA 2021-04-26 21:52:28

Hamıs bir-birinin tayıdır Qalanları bunlardan betər İdarə bir mərkəzdəndir.

Rasim 2021-04-26 21:50:17

Təyinatdan əvvəl bunların şəxsi işləri öyrənilməli və DTK dan rəy alınmalıdır. Görünür bunların heç biri edilmir.

Oxucu. 2021-04-26 21:46:25

Görəsən bunların təyinatı gedəndə,tərcümə halı yazılmayıb,və yaxud bunları kimin təqdimatı ilə başçı təyin ediblər.

Veteran 2021-04-26 21:40:56

Hələ minlərlə belə yüksək vəzifə tutan əxlaqsız.tərbiyəsiz ,qammaz,iki eşşəyin arpasını bölə bilməyən ,hələdə kiril əlifbası ilə belə yazıb-oxuya bilməyən mal- heyvan pəyəsindən

esger 2021-04-26 19:42:05

Bütün icra başçıları ildə ən azı Milli Məclisdə hesabat verməlidir Büdcə pulu hara xərclənir Həmin regondan seçilən deputatlar isə onun fəaliyyəti haqqında əhalinin fikirləri şikatələri haqqında məlumat verməlidir Yanlış məlumat verən deputatlar da məsuliyyətə cəlb olunmalıdır Yoxsa əlbir olub rayonda toroaq jbyekt və sayrı aldıqdan sonra icra başçıları müdafiə edirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol