BƏLİ, BİZ GÜCLÜ XALQIQ!

Etibar ƏLİYEV

Millət vəkili

Məşhur Amerika filosofu və politoloqu Frensis Fukuyama “İdentiklik ” adlandırdığı son kitabında yazır: “2011-ci ilin ərəb baharından sonra Suriyada 400.000 insanın ölümü ilə nəticələnən vətəndaş müharibəsi baş verdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə 18 milyonluq ölkədən 4,5 milyon qaçqın ordusu yarandı. 6,6 milyon insan isə ölkə daxilində yerini dəyişdi. Bu müharibənin nəticələri dünyada miqrasiya böhranı yaratdı”. 

Fukuyama yazır ki, Suriyadakı hadisələr ölkədə milli identikliyin olmaması səbəbindən baş verdi. Filosofa görə milli identikliyin olmaması böyük fəlakətlər yaradır. O, milli identiklik problemi yaşayan Yəmən və Liviyanın da adlarını bu sırada çəkir. Müəllifə görə: “Yaponiyada və Koreyada əksinə milli identiklik yaxşı inkişaf edib. Milli identiklik ölkələrin siyasi sisteminə inamdan başlayır. İdentuklik milli mədəniyyət sferasında və dəyərlərdə də geniş yayılır.”

F. Fukuyama milli identikliyin 5 növünü ayırır:

Birincisi, fiziki təhlükəsizlikdir.

Azərbaycan vətəndaşlarının fiziki təhlükəsizliyi dövlətin müvafiq orqanları tərəfindən məharətlə qorunur. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə müəyyən problemlər yaşamışdıq. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vətəndaşların fiziki təhlükəsizliyinin qorunması istiqamətində ciddi işlər görüldü. Bu məsələ indi də dövlətin prioritetidir.

İkincisi, idarəetmənin keyfiyyətidir.

Burda sual belə qoyulur ki, məmurlar ictimai mənafeni şəxsi mənafedən üstün tuturlarmı? Ölkə prezidenti İlham Əliyev məmurları vəzifəyə təyin edəndə onlara xalqın qulluğunda dayanmaq tapşırığını verir. Bu tapşırıq ictimailəşir. Son dövrdəki həbslər onu göstərir ki, bəzi məmurlar ləyaqət hissini itirərək şəxsi mənafelərini ictimai mənafedən üstün tuturlar. Bu hərəkət onlara bağışlanmır. Bunlar fərdi xarakter daşıdığından onların hərəkətlərinin milli identikliyə aidiyyatı yoxdur. Azərbaycanda aparılan kadr islahatları və idarəetmənin fəlsəfəsinin dəyişməsi həm də idarəetmənin keyfiyyətini artırmağa xidmət edir.

Üçüncüsü, iqtisadi inkişafdır.

Ərazilərimizin 30 ilə yaxın müddətdə işğal altında qalmasına baxmayaraq ölkənin iqtisadi inkişaf tempi zəifləmədi. Bir milyondan çox məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadi inkişafdan qalmadı, regionda liderliyi saxlaya bildi. İlham Əliyevin apardığı daxili və xarici siyasət insanlarımızda torpaqlarımıza qayıtmaq hisslərini gücləndirirdi. Nəhayət, 44 günlük vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu. Və Qarabağımızda bərpa işləri başlanıb. Ulu öndərimiz Heydər Əliyev tamamilə haqlıdır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Dördüncüsü, inam mühitinin genişləndiriliməsidir.

İnam sosial kapitala əsaslanır və ümumi dəyərlərə hörmət etməklə digərləri ilə əməkdaşlıqdan keçir. Azərbaycanda sosial təbəqələri təmsil edən insanlar arasında böyük inam mühiti formalaşıb. Qarşılıqlı inam cəmiyyəti irəliyə aparır. Azərbaycan xalqı qalib sərkərdə və müdrik dövlət başçısı kimi öz lideri İlham Əliyevə inanır və bu inam mühiti get-gedə genişlənir.

Beşincisi, sosial təminatın effektiv sisteminin yaradılmasıdır. 

iqtisadi bərabərsizliyi aradan qaldırmağa xidmət edən göstəricidir. Azərbaycan sosial- dövlətdir. Sosial dövlət vətəndaş - cəmiyyət - dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır. Biz sosial dövlətin gücünü COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrdə də gördük.

Qərbdə işlənmiş “narıncı inqilab”, “ərəb baharı” kimi kəsərsiz layihələr ölkəmizdə yerimədi. Səbəb milli identikliyimizin güclü olması ilə bağlıdır. Bu həm də bizim güclü xalq olmağımızı sübut etdi. Vətən mühirəbəsindəki qələbəmiz isə bunu bir daha təsdiqlədi. Biz ,“Qarabağ Azərbaycandır!” şüarına da möhtəşəm identiklik nümayiş etdirdik. Heç bir qüvvə bizim milli identikliyimizi sarsılda bilməz.

Bəli, biz güclü xalqıq!

635x100

Şərhlər

Bixəbər Aləm 2021-05-02 05:22:32

12 min birinci müharibədə, üç min nəfər də 44 gündə həlak olub. Bunu fiziki təhlükəsizlikmi adlandırırsınız?

esger 2021-04-29 10:06:53

Məktəblərin ərazilərə də baxış keçirin fasadı yox arxa tərəfləri,idman meydanları dağılıb zibilxanadır

esger 2021-04-29 10:02:50

Bunlar hamısı düzdür. Amma Biz Fərəc Güliyevin yerinə ziyalı Etibar Əliyevi seçəndə əmin idik ki, nəhayət biznesmen, siyası alverçi, rüşvətxor yerinə bizim içimizdən seçmişik. . Xahiş edirik ki, Siz insanları narahat edən bəzi sosial problemləri Milli Məclisin tribunadan qaldırasınız. Məsələ pensiya islahatı, gənc ailələrə dövlət dəstəyi , yaşayış məntəqələrin standartları. Məsələn bir tərəfdən Yeni Günəşlidə “V” massivdə abadlıq işləri gedir. Qanunsuz bağ-bostan ərazilər təmizlənir , onların yerinə istirahət uşaq meydançaları yaradılır. Digər tərəfdən bəzi təmizlənən ərazilərdə yeni şəxsi obyektlər tikilir,baxmayaraq ki vaxti ilə geniş ərazidə tikilən ticarət yarmakasında onlarla obyekt Boşdur,Ən maraqlısı odur ki, 10 iilərlə hasara alınmış bir istirahət parkında (hec prka oxşamır) iş dayandırılıb Digər üz bə üz köhnə park yeri hasara alınıb və orada aqclar gırılır növbəti iş bazlar üçün. Bir gəlib baxardınız.

Меммедгулу 2021-04-28 19:33:24

Eledir. Yalniz bizde sechkilərdə problem oliur....

Son yazılar