Menu

ERMƏNİNİN TÜRK DÜŞMƏNÇİLİYİ - Tarixdən iki hadisənin müqayisəsi

29.04.2021, 10:00
ERMƏNİNİN TÜRK DÜŞMƏNÇİLİYİ - Tarixdən iki hadisənin müqayisəsi

Sadiq Qurbanov, 

Milli Məclisin deputatı

Erməni millətinin, eyni zamanda zaman-zaman onlara rəhbərlik edənlərin hansı xislətə malik olması haqqında, faşizmə sevgilərinin mahiyyəti haqqında, uydurma, yalançı tarixlərinin geniş təbliğatı üçün yaratdıqları diaspora, terror təşkilatları haqqında çox eşitmişik. Havadarlarının kimlikləri bütün dünyaya bəllidir. Bu millət haqqında çox öyrəndikcə, düşünürsən ki, Tanrı deyəsən bu milləti başqa xalqların öz məqsədlərinə çatması üçün “istifadəçisi” (istifadə olunması) xətrinə yaradıb. Onlar da bu istifadəçilik missiyasından yararlanmağa çalışırlar. Son yüz ildə baş verən hadisələrə nəzər salsaq, dediklərimizin təsdiqini taparıq. İstəyirəm, erməni xisləti haqqında sadəcə bir epizodla sizləri tanış edim.

ASALA-nın ilk terorunu həyata keçirən Gürgen Mıgırdiç Yanıkyan 1973-cü ildə Türkiyənin Los Angeles Baş konsulu və köməkçisinə qarşı sui-qəsd həyata keçirdi. Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurumda anadan olub, Moskva Dövlət Universitetində mühəndislik təhsili alıb. II Dünya Savaşı zamanı müttəfiq dövlətlərin dəmiryol xətlərində işləmək məqsədi ilə 1946-cı il də ABŞ-a köçüb.

Yanıkyan 77 yaşında ikən onda Əbdülhəmid dönəmindən qalma bir tablo olduğunu və bunu Türkiyəyə bağışlamaq istədiyini Türk konsulluğuna bildirərək, Santa Barbarada qaldığı otelə dəvət etmişdir. 27 yanvar 1973-cü il tarixdə baş tutan görüş zamanı türk diplomatlarını qarşılayan Yanıkyan çox qısa bir aradan sonra tapança ilə baş konsul Mehmet Baydar və Bahadır Demiri öldürmüşdür. İddialara görə, Yanıkyan cinayətdən sonra otelin müdir və xidmətçilərinə "Ailəmdən 26 nəfəri türklər və ruslar öldürdü, onların intiqamını aldım" demişdir. Sui-qəsddən öncə “California Courier” qəzetinə göndərdiyi 118 səhifəlik məktubunda yazlb: "Sizlər bu məktubu oxuduğunuzda mən yeni bir savaş yolu icad etmiş və kerçəkləşdirmiş olacağam. Öndən gedirəm, ermənilər arxamca gəlsin”.

Bundan sonra ABŞ-da mühakimə edilən Yanıkyan məhkəmə zamanı törətdiyi bu vəhşiliyin səbəbinin 1915-ci il “soyqırım” hadisələri olduğunu iddia edib və araşdırılmasını istəyib. Lakin məhkəmə bunu uyğun görməyib və onu həbs edib. Yanikyan müəyyən qüvvələrin yardımı ilə 31 yanvar 1984-cü ildə səhhətinin həbsdə qalmağa imkan verməməsi səbəbindən əfv edilərək qocalar evinə yerləşdirilib. 27 fevral 1988-ci ildə orada ölüb. Onu da xatırladım ki, Yanıkyan həm də erməni xalqının “uğurlu” yazıçısı kimi də tanınıb.

3 may 2019-cu ildə onun sümükləri, indiki Ermənistan rəhbərliyi tərəfindən Ermənistana gətirilərək əsgər məzarlığında dəfn edilib...

Başqa bir missal kimi, Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryanın heykəlinin qoyulmasını qeyd etmək olar. Heykəldə Tələt Paşanın kəsilmiş başı Teyliryanın ayaqları altında təsvir edilıb.

Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar.

Burada iki millətin mənəvi dəyərləri arasında müqayisə aparmaq, insanı keyfiyyətlərini dəyərləndirmək yerinə düşər.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilmir, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırırdı. Ona görə də Cavid Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində vəfat etmişdi. Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi. Hüseyn Cavidin məzarının gətirilməsi, həm xalqımızın milli dəyərlərinə, eyni zamanda insanlığın bəşəri dəyərlərinə bir töhfə idi.

Belə misalları çox çəkmək olar. Çox təəsüflər olsun ki, Xocalı soyqırımını törətmək, qatillərə heykəllər qoymaqla, ermənilər öz uşaqlarına türklərə qarşı kin və nifrəti aşılamaq yolunu seçiblər. Amma unutmasınlar ki, onların qarşısında böyük türk milləti var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol