Menu

Azərbaycanda universitetin şöbə müdirinə cinayət işi açılıb

29.04.2021, 15:35
Azərbaycanda universitetin şöbə müdirinə cinayət işi açılıb

Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə BDU-nun tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

"Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanan sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcəkdir", - Mətbuat xidmətindən bildirilib.

Şərhlər

Cammat 2021-04-29 15:54:11

Bunun arxasıda duran və korrupsioner rektor "XANIMA" ən ağir cəza verilməlidir. Bu rektor Primakova yubiley keçirən 5-ci kalonun üzvülərindəndir.Yəqin bununda baltası artıq vurulub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol