ABŞ niyə vaksin ixrac etmir? - Bayden "əvvəlcə amerikalılar" deyir

“Financial Times” qəzeti ABŞ-da Covid-19 vaksinlərinə ixrac qadağası olub-olmadığını araşdırıb. Qəzet yazır ki, vaksinlərə, yaxud onların komponentlərinə rəsmi ixrac qadağası yoxdur. Digər ölkələrdə vaksin, yaxud ona gərəkən hissələri istehsal edən şirkətlər ixracda azaddırlar.

Amma Vaşinqton Müdafiə İstehsalı Aktı kimi tanınan müharibə səlahiyyətindən istifadə edərək şirkətləri kontrakt sifarişlərini vaxtından əvvəl yerinə yetirməyə məcbur edir. Nəticədə Hindistandakı Serum İnstitutu kimi istehsalçılar gileylənirlər ki, normal halda ABŞ-dan idxal edəcəkləri hissələri ala bilmirlər. ABŞ dünyada şpris və iynə ixracı üzrə liderdir.

Qəzet yazır ki, digər tərəfdən Birləşmiş Ştatlar hazırlanma prosesinin əvvəlində "Oksford/ AstraZeneca" vaksinlərinin böyük ehtiyatını toplayıb. Bəs niyə bu vaksinləri ixrac etmir?

Bayden administrasiyasının mövqeyi belədir ki, ölkədə xeyli ehtiyat yaranmayınca dünyanın digər yerlərinə vaksin göndərilməyəcək. Prezident Co Bayden ötən həftə Konqresdəki çıxışında deyirdi: “Amerika dünya üçün demokratiya arsenalı olduğu kimi, digər ölkələrdən ötrü vaksin arsenalına da çevriləcək… Amma ona qədər hər bir amerikalının vaksinə çıxışı olacaq”.

Qəzet qeyd edir ki, vaksin ehtiyatı artdıqca administrasiyaya onu paylaşmaqdan ötrü təzyiq olunur. Amma administrasiyada bəzilərinin fikrincə, yeni ştammlarla mübarizə, yaxud illik əlavə dozaları vurmaqdan ötrü bu dozalara gərəkə bilər. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar