Menu

Bakıda "Mercedes" iki azyaşlı bacını vurdu

04.05.2021, 10:11
Bakıda "Mercedes" iki azyaşlı bacını vurdu

Bakıda avtomobil iki azyaşlı qızı vurub. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 

Rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək küçədə 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını vurub. Azyaşlılar təcili tibbi yardımla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol