Menu

İran Britaniyanı hədəfə alıb – Dezinformasiya hücumu təşkil olunur

04.05.2021, 16:59
İran Britaniyanı hədəfə alıb – Dezinformasiya hücumu təşkil olunur

İran, saxta hesablar, qruplar və səhifələr yaradan kiber mütəxəssislərdən istifadə edərək, şotlandları Britaniyadan ayrılmağa təhrik edən dezinformasiyalar yayır.

“AzPolitika.info” xəbər verir ki, bunu İngiltərənin "The Times" qəzeti, Henry Jackson adına araşdırma mərkəzinin araşdırmasına istinad edərək bildirib.

Araşdırma mərkəzi, dezinformasiya kampaniyasının "Facebook" və "Twitter" platformaları üzərindən seçiciləri hədəf aldığını qeyd edir.

"The Times", həmçinin, yazır ki, bu, SSRİ-nin dağılması və parçalanması cəhdlərinə bənzəyən daha geniş İran “dezinformasiya kampaniyası”nın yalnız bir hissəsidir.

“AzPolitika”

Şərhlər

Xalq 2021-05-04 19:29:55

İngiltərə də İrandan Cənubi Azərbaycanın ayrılmasını dəstəkləsin. Onda iran yerində oturar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol