Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayır

Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.

“Report” xəbər verir ki, bunu "BioNTech"in Baş direktoru Uğur Şahin bildirib.

Onun sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti 6 ay olacaq: "İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idik. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq. Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.

U.Şahin deyib ki, peyvənd "Pfizer" firması ilə birlikdə hazırlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar