Ədliyyə Nazirliyi Penitensiar xidmət Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xidmətdən "Report"a daxil olan məlumatda deyilir:
"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.
Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".


Şərhlər
əcəbdi
YALAN DANIWANA LEHNET
Qûnû 100/200 azn yaxshi kamera verirler ! bunu hami bilir, Yalan danishmayin !Ayibdi
Əgər belədirsə , onda bu yalnış məlumatı təkzib etmək üçün həmin yerin müdafiəçilərdən və müxbirlərdən ibarət bir qrup ora müşahidəçi qismində gəlməsi təmin və şaraitlə tanış olmalıdır və içtimayyətə düzgün məlumat versin.
Sənə, səndən şikayət edirəm .
Görəsən, bu şərhə inanan olacaqmı? İnanan daşa dönsün...