İctimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun meyiti İstanbulda dənizdə tapılıb. Musavat.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə iki gündür Bayram Məmmədovdan məlumat yox idi. Dünən yaxınları tərəfindən axtarışa verilib. Elə həmin gün axşam saatlarında onun meyiti dənizdən tapılıb.
Qeyd edək ki, B.Məmmədov "Heykəl məhbusu" kimi tanınıb. Daha sonra narkotik ittihamı ilə uzun illər həbsxana həyatı yaşayıb. 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. B.Məmmədov həbsdən çıxdıqdan bir müddət sonra İstanbulda təhsili davam etdirirdi.
Sosial şəbəkələrdə onun öldürüldüyü iddiası yayılıb. Bayram Məmmədovun intihar etdiyinə dair versiya da var.


Şərhlər
Heykəl məhbusu kimi şərləyib həbsə saldılar,işgəncə vedilərr intihar etmədi,deyirsiz təhsil aldığı yerdə intihar etdi?
ƏDALƏT UĞRUNDA, CANINI FƏDA EDİB , ANCAQ ONA QOVUŞA BİLMƏYƏN KƏSLƏR UCA OLAN ALLAHIN ƏDALƏTİNƏ QOVUŞSUN.